Daşkənddə Zeynəb Xanlarovadan yazdılar!

Müəllif: Ayşə_gül
Şərhlər: 7
Baxılıb: 3 898
Səs ver:
(səs: 0)
SSRİ Xalq Artisti Zeynəb Xanlarovanın ad günü ilə əlaqədar Daşkəndəki silkway.uz saytında məşhur müğənninin həyat və yaradıcılığı haqqında məqalə yerləşdirilib.

Məqalədə deyilir ki, Azərbaycanın, Özbəkistanın və keçmiş SSRİ-nin Xalq Artisti olan Zeynəb Xanlarova bir çox orden və medallara layiq görülüb: "Məşhur müğənni, həmçinin müstəqil Azərbaycanın "Şöhrət” və "İstiqlal” ordenlərini alıb. Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Milli Məclisinin deputatıdır. Opera və Balet Teatrının solisti kimi uğurlu fəaliyyət göstərib. Üzeyir Hacıbəylinin "Leyli və Məcnun”, "Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb, bir sıra digər operalarda baş rollarda oynayıb”.

Bildirilir ki, müğənninin muğam, təsnif və xalq mahnıları ilə zəngin olan repertuarında bəstəkar və Şərq xalqlarının mahnıları da geniş yer tutur. "Şahnaz”, "Qatar”, "Bayatı Şiraz” və digər muğamları məharətlə ifa edən Zeynəb Xanlarova qadın ifaçılar arasında ilk dəfə olaraq "Çahargah” muğamını lentə yazdırıb. Müğənni Qara Qarayev, Arif Məlikov, Tofiq Quliyev, Ələkbər Tağıyev, Emin Sabitoğlu və digər tanınmış bəstəkarların mahnılarını da məharətlə ifa edib.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 898
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri