Bu geyim Azərbaycanda etirazla qarşılandı - foto

Müəllif: NoName
Şərhlər: 27
Baxılıb: 3185
Paylaş:
Səs ver:
(səs: 1)
ABŞ-ın idman modellərinin fotoşəkillərinin çəkilməsi ilə məşğul olan LHGFX Fitness Model Photography agentliyinin internetdə yerləşdirdiyi növbəti fotoşəkil azərbaycanlı "Facebook" istifadəçilərinin böyük etirazına səbəb olub.
Həmin fotoşəkildə əynində üzərində müxtəlif dövlətlərin bayraqları əks olunmuş bikini olan texaslı (ABŞ) model Hope Beel əksini tapıb.
Bu fotoşəkili sosial şəbəkələrdə paylaşan agentlik: Bəs sən hansı ölkədənsən? Kimisə bu şəkildə işarələ yaxud onun adını şərh yerində yaz” – deyə, qeyd buraxıb. 
Həmin bikini üzərindəki bayraqların arasında isə Azərbaycanın bayrağı da əksini tapıb. Bu isə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Sosial şəbəkə istifadəçiləri Qarabağda uğrunda qan tökülən bayrağımızın belə fotolarda yer almasının qəti əleyhdarı olduqlarını vurğulayıblar.
Bundan başqa, Azərbaycan Respublikasının qanunvericiliyində də vurğulanır ki, ölkədən kənarda Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görür.
Lakin onu da qeyd etmək lazımdır ki, xarici ölkələrdə, xüsusilə ABŞ-da bayraqdan paltar hazırlanması geniş yayılıb. ABŞ-da hətta dövlət bayrağından alt paltarı da hazırlanır və bu tipli geyimlər insanın vətənpərvərliyini əks etdirən bir məqam kimi təqdim olunur. Lakin xüsusilə də şərq ölkələrində, o cümlədən Türkiyədə, Azərbaycanda bayraq tamamilə başqa rəmzi məna kəsb edir və ondan bu fotoşəkildəki kimi istifadə mənfi qarşılanır.


loading...
(səs: 1)
Şərhlər: 27
Baxılıb: 3185
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
hec yaxsi bir sey olsaydi batraqimizi qoymazdilare abirsilar
12 mart 2015 18:36
27
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
tek umidim sen
Bizim bayragimiz hansisa exlaqsizin bikinisin ustunde olmamalidi!!!…
1 mart 2015 13:17
26
Ne mutlu TÜRK'üm diyene!...
Offline
ismayilova ulker
Biz basqa olkeler deyilik. Biz Azerbaycanliyiq olkemizde Azerbaycandi. Biz muselmaniq bayragimizin ustunde museman oldugumuzun subutu yasil rengdi. Odurki bizim bayragimiz basimizin ustunde olmalidir. Hansisa alt paltarinin ustunde deyil.
6 yanvar 2015 18:02
25
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Offline
Menim balam
Ne gündedireee bu. Abırsız
6 yanvar 2015 02:14
24
Offline
lili)
bayraqimiza hormetsizlikdi basq adi yoxdu
5 yanvar 2015 23:22
23
Offline
ece uslu
bu bayraga olan hormetsizlikdi
5 yanvar 2015 22:50
22
Offline
Wappuw
bi de bu qalmiwdi bunuda etdiler
5 yanvar 2015 22:50
21
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Offline
Сладкий Ангел
kafa gitdi bende sunabak
5 yanvar 2015 21:20
20
.Bir gülüşüm var Sizlərə ömür...
Offline
talis balasi
Qiz geyinmeyine pesman olacaq
5 yanvar 2015 20:42
19
Offline
Aysel Tatli
vallah agilsizliqdir bilmirlerki ne etsinler
5 yanvar 2015 18:38
18
Offline
Wiyinka
Amerikanin bayragi cox geyimlerde var hetta alt paltarinda.Ama Amerika Azerbaycan bir deyil.Azerbaycanin bayragininwekli alt paltarinda ola bilmez.
5 yanvar 2015 18:10
17
Offline
tatyana
Ehtirazla qarsilanmasi sebebsiz deyil mence,mende hec sevmirem ustunde bayraq sekilli olan geyimler
5 yanvar 2015 17:21
16
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
sia
Sitat: antikvar
Amerikanin bayragi oz geyimlerini alt paltarinda layiq gorub tikmeye imkan verirler.Bizim bayragimizin ozunu colde qoymus terbiyesizin ustunde ne isi var?Bayraq dediyin yukseklikde qelbde olmalidi.Yoxsa her soyunmaq isteyenin bedeninde yox....Bele edenlerin cezasi verilmelidiki ikinci defe bu hereketi etmesinler....

ahaa sene qatliram
5 yanvar 2015 17:10
15
Və bir gün məni heç vaxt sevməyəcək birinə aşiq olduğumu anladım...
Offline
emis
paltarin ustunde olan bayraqlarin arasinda bizim bayraqda var ona gore pis qarsilanib
5 yanvar 2015 16:13
14
Offline
Antikvar
Amerikanin bayragi oz geyimlerini alt paltarinda layiq gorub tikmeye imkan verirler.Bizim bayragimizin ozunu colde qoymus terbiyesizin ustunde ne isi var?Bayraq dediyin yukseklikde qelbde olmalidi.Yoxsa her soyunmaq isteyenin bedeninde yox....Bele edenlerin cezasi verilmelidiki ikinci defe bu hereketi etmesinler....
5 yanvar 2015 16:11
13
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Offline
my_angel
Sitat: EreS Mia
Verinn o qizii meneee yolumm qoyumdaa ayağiminn altinaaa

122
5 yanvar 2015 15:15
12
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Offline
SEVGI DENIZIM
bir bu catmirdi
5 yanvar 2015 14:49
11
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Offline
Miss_Oxatan
Sitat: LemAngeL93
ooof patriotluqları tutdu. nece oluree əksərriyyət üstünde Amerika bayrağı olan geyimlere üstünlük verir heç deyilmir bayraq müqəddəsdir. indi Azerbaycan bayrağı bikini üstünde olub paah tez dediler tehqir edirler bizi. mən təhqiredici bir şey görmedim. amerika bayrağına olar bizimkibe olmaz? mən isteyerem üstünde bizim bayraq olan geyimler dünya bazarlarında satılsın.

ooof patriotluqları tutdu. nece oluree əksərriyyət üstünde Amerika bayrağı olan geyimlere üstünlük verir heç deyilmir bayraq müqəddəsdir. indi Azerbaycan bayrağı bikini üstünde olub paah tez dediler tehqir edirler bizi. mən təhqiredici bir şey görmedim. amerika bayrağına olar bizimkibe olmaz? mən isteyerem üstünde bizim bayraq olan geyimler dünya bazarlarında satılsın.

Geyime hec kimin etirazi yoxdi,ama baxir geyime,alt paltarina olke adi yazilmasi sene xow geler,onda oz adivi yazsalar nece?
5 yanvar 2015 14:44
10
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
Gulu-Qezi
dehwetdiler ey

5 yanvar 2015 14:38
9
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Offline
Qlamurr
Bir bu qalmışdı,bunu da etdilər,bayrağın bikinidə nə işi var......
5 yanvar 2015 14:23
8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv