Ruhinin verilişi bağlandı!

Müəllif: Ayşə_gül
Şərhlər: 10
Baxılıb: 4 263
Səs ver:
(səs: 1)
ATV telekanalında yayımlanan, Ruhi Əliyevanın aparıcısı və müəllifi olduğu "Dəb Siz” verilişi bağlanıb.

R.Əliyeva bunun səbəbləri haqda danışıb:

"Mənimlə çalışan hər kəsə, bütün komandaya təşəkkür edirəm. Ümidvaram ki, ötən mövsüm də xanımlarımız üçün nələrisə edə bildik. Onları gözəl görmək məni çox sevindirir. Layihənin nəticəsi məni qane etdi”.

Ruhi Əliyeva yaxın aylarda yeni layihə ilə tamaşaçıların qarşısına çıxacağını bildirib:

"Bir az dincəlməyə ehtiyacım var. Amma tamaşaçılarıma, xüsusilə xanımlara söz verirəm ki, onlar üçün daha da faydalı layihə qayıdacam. Hələ ki, layihənin necə olacağını açıqlamağa tələsmirəm. Bircə, onu deyə bilərəm ki, yenə də güclü və peşəkar komanda, fərqli layihə ilə görüşünüzə gələcəyik”.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 4 263
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri