Məryəm Üzərlidən Rüstəm Paşa ilə bağlı açıqlama

Müəllif: Miss_Oxatan
Şərhlər: 10
Baxılıb: 2 386
Səs ver:
(səs: 1)
Aktrisa Məryəm Üzərli Zeynəb Özəkin Birləşmiş Ərəb Əmirliklərində yayımlanan MBC4 kanalı üçün hazırladığı "Türkü Ekstra" verilişinin qonağı olub.

Aparıcı Liana Dahdouhun suallarını cavablandıran "Möhtəşəm yüz il"in Hürrəm Sultanı alman anasının və türk atasının hansı xasiyyətlərini götürdüyündən danışıb:

"Almanlardan dəqiq olmağı götürmüşəm. Əgər biri mənə 07:30-da görüşəcəyimizi deyirsə, mən 1 dəqiqə əvvəlcədən hazır olub, çantam əlimdə gözləyəcəm. Türklərin isə çox hissiyatlı olmasını götürmüşəm. Hətta türk dilində mahnılara qulaq asanda da ağlayıram".

Qızı Lara dünyaya gəldikdən sonra xasiyyətinin dəyişdiyini, heç nədən qorxmadığını deyən Üzərli bunları bildirib:

"Lara doğulmadan əvvəl ona nəsə olacaq deyə çox qorxurdum. İndi isə qorxu hissim sıfır olub. Qızımla əsasən alman dilində danışıram".

Məryəm birlikdə görüntüləndiyi və sevgili olduqları deyilən, "Möhtəşəm yüz il"in "Rüstəm Paşa"sı, aktyor Ozan Güvənlə bağlı suala isə belə cavab verib:

"Təbii bir insandır, amma keçmişlə bağlı danışmıram. Həyatıma girəcək insanın təbii, yalandan uzaq olması, məni qoruması, sahib çıxması lazımdır. Digər tərəfdən isə məni sərbəst buraxmalıdır. Belə bir adam diqqətimi çəkə bilər".
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 2 386
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri