Ərinin narkomana çevirdiyi gənc qadının etirafları - Foto

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 915
Səs ver:
(səs: 2)
 "Həyat yoldaşım həyatımı məhv etdi”

"Elə bil dördü də gözəllik yarışına qatılıb, çox gözəldirlər” deməyimiz narkoman qadınların üzünü güldürür.

Nərminə Babayeva (ad şərtidir-red.) açıqlama verməkdən çəkinmir: "İki uşağım var, onlara anam baxır. İndiyədək uşaq sevgisinin nə olduğunu bilmirdim. İlahi, narkotik anadan da, uşaqdan da əziz olurmuş. Ana olduğumu hələ indi-indi hiss edirəm”.

27 yaşlı Nərminə Babayeva 6 ildir narkotikdən istifadə edir. Deyir ki, həyat yoldaşının təkidi ilə bir dəfə "dadına” baxmaq istəyib: "Həyat yoldaşım məcbur elədi, mən də kokainin "dadına” baxdım. Bilmirdim ki, ağrılar məni "otuzduracaq”. Məni məhv edən həyat yoldaşımdan ayrıldım, sonradan onu elə narkotikə görə həbs elədilər”.

"Birinci, ikinci, üçüncü dəfə... Və sonradan ayrıla bilmədim. Hamısı bir dəfə dadına baxandan sonra baş verir. Müalicəyə cəhd edirdim, amma düşdüyüm "kruqum” imkan vermirdi” - deyə Nərminə söyləyir.

Qadının sözlərinə görə, müalicədən sonra köhnə tanışları ilə əlaqəsini kəsəcək: "Narkotik hər yerdə satılır. Almağa pulum olmayanda tanışlarım verirdi. Buna görə də onlarla əlaqəni kəsəcəm. Çox peşmanam. Heç kim onun "dadına” baxmağa cəhd eləməsin. Yalandır, "bir dəfə edim, sonra etməyəcəm” deyə bir şey yoxdur. Hamısı elə birinci dəfədən başlayır. "Kruqa” düşürsən, çıxa bilmirsən, ağrı-acı imkan vermir...”

Digər qadınlar danışmaq istəməsələr də onlardan birinin anasının təkidi ilə müalicə olunmağa razılıq verdiyini öyrənirik.//vurtualaz.org
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 2 915
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri