60-cı “Eurovision”da 39 ölkə iştirak edəcək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 451
Səs ver:
(səs: 2)
Avstriyanın Vyana şəhərində keçiriləcək "Eurovision-2015” mahnı müsabiqəsində qitənin 39 ölkəsi iştirak edəcək.

Müsabiqənin rəsmi saytında xəbər verilir ki, ötən il iştirakçıların sayı 37 olmuşdu: Kipr, Çexiya və Serbiya yenidən müsabiqəyə qayıdıb, əvəzində isə Ukrayna iştirakdan imtina edib.

60-cı "Eurovision” mahnı müsabiqəsinin iştirakçıları:

Almaniya, Albaniya, Avstriya, Azərbaycan

Belarus, Belçika, Böyük Britaniya

Çex Respublikası,

Danimarka

Estoniya, Ermənistan

Finlandiya, Fransa,

Gürcüstan

İrlandiya, İslandiya, İsrail, İspaniya, İsveçrə, İsveç, İtaliya

Kipr

Latviya, Litva

Macarıstan, Makedoniya, Malta, Moldova, Monteneqro

Niderland, Norveç

Polşa, Portuqaliya

Rumıniya, Rusiya

San Marino, Serbiya, Sloveniya

Yunanıstan

Yarımfinallarda iştirakçıların sayı artan istiqamətdə müəyyən edilib – ilk yarımfinal günü 16, ikincidə 17 ölkənin iştirakçısı səhnəyə çıxacaq.

Finalda isə 10 ölkə, böyük beşliyə daxil olan Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya, eləcə də ev sahibi Avstriyanın təmsilçisi olacaq.

"Eurovision-2015” mahnı müsabiqəsinin püşkatma mərasimi 2015-ci il yanvarın 26-da olacaq: yarımfinallar, müvafiq olaraq, mayın 19 və 21-nə, final isə 23-nə təyin edilib.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 2 451
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri