Rusiyada transseksuallara qadağa

Müəllif: Antikvar
Şərhlər: 13
Baxılıb: 2 317
Səs ver:
(səs: 2)
Rusiyada transseksuallara sürücülük vəsiqəsinin verilməsi qadağan olunub.

Qadağaya səbəb kimi onların beyin tarazlığının düzgün olmaması, psixoloji problemlərinin çoxluq təşkil etdiyi göstərilib.

Rusiya Psixoloqlar Birliyinin sədri Valeri Yevtuşenko bu qərarı pisləyərək bu qadağanın aradan qaldırılması üçün əlindən gələni edəcəyini bildirib. Qurum bu qərarı ayrıseçkilik kimi qələmə verib.

Qeyd edək ki, Rusiya höküməti ölkədə baş verən qəzaların qarşısını almaq üçün sürücülük vəsiqəsini yalnız sağlamlıq idarələrindən müsbət rəy alan vətəndaşlara verilməsi barədə qərar qəbul etmişdi. 2013-cü ildə qəbul olunmuş daha bir qərarda isə qumar oynayan şəxslərin sürücülük vəsiqəsi əlindən alınmış, onlar sürücülükdən məhrum edilmişdi. Səbəb kimi qumardan asılı olan şəxslərin sağlamlığının yerində olmaması bildirilmişdi.
(səs: 2)
Şərhlər: 13
Baxılıb: 2 317
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri