“iOS” əlavə tərtibatçıları il ərzində 10 milyard dollar qazanıb

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 016
Səs ver:
(səs: 0)
Apple” şirkətinin "App Store” əlavələr mağazası tərtibatçılarının əlavələrin satışından mədaxili 2014-cü ilin yekunları üzrə 10 milyard dolları ötüb. Bu barədə "Apple” şirkətinin məlumatında deyilir.

ABŞ istehsalçısının məlumatına görə, ötən ilin yekunları üzrə mağazanın dövriyyəsi 50 faiz artıb. Qeyd edək ki, şirkət onlayn əlavələr mağazasında 30 faizlik komissiya tutur. "App Store”da tərtibatçıların əlavə və oyunların satışından ümumi gəlirləri mağazanın istifadəyə verildiyi 2008-ci ildən 25 milyard dolları üstələyib.

2015-ci ilin ilk həftəsində "iOS” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu istifadəçiləri mobil əlavələrə və quraşdırılmış alışlara 500 milyon dollar xərcləyib, yanvarın 1-də "App Store” tarixində gündüz satış həcminin rekordu müəyyənləşib.  

"Apple” tərəfindən xeyriyyə fonduna (RED) köçürülən vəsaitlərin həcmi ötən rübün yekunları üzrə 20 milyon dollar təşkil edib. Dekabrda şirkət kampaniya keçirərək əlavələrin və quraşdırılmış alışların satışından əldə olunan vəsaitlərin bir qismini QİÇS ilə mübarizə üçün fonda köçürüb.  

Məlumat üçün bildirək ki, "App Store” mağazasında "iPhone”, "iPad” və "iPod Touch” qurğuları üçün 1,4 milyondan çox mobil əlavədən istifadə mümkündür ki, bunun da 725 mini məxsusi olaraq "iPad” üçün hazırlanıb. Proqramları dünyanın 155 ölkəsinin istifadəçiləri yükləyə bilər.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 016
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri