Çin “iPhone” satışına görə lider oldu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 1 971
Səs ver:
(səs: 2)
"iPhone 6” və "iPhone 6 Plus” modellərinin çıxarılması sayəsində "iPhone”un satış həcminə görə Çin ilk dəfə dünyanın ən böyük bazarı olan ABŞ-ı ötüb

Analitiklərin məlumatına görə, ötən ilin dördüncü rübündə "Apple”ın tədarük edilmiş smartfonlarının 35 faizi Çin bazarının payına düşüb, halbuki ABŞ üçün bu göstərici 24 faiz təşkil edib.

Ekspertlərin qiymətləndirməsinə görə, ötən ilin son rübündə "Apple”  69,3 milyon smartfon satıb ki, bu da rekord göstəricidir. Hələ payızda "alma” şirkətinin direktoru Tim Kuk bildirmişdi ki, çox güman ki, zamanla Çin "Apple”ın ən böyük gəlir mənbələrindən biri olacaq.

Ötən ilin noyabrına olan məlumata görə, "Samsung” Çində ən nüfuzlu mobil brendlərin reytinqində aparıcı mövqeyini "Apple” şirkətinə verib. Cənubi Koreya şirkəti 2012-ci ildən reytinqdə liderlik edib. 2014-cü ildə amerikalılar Çində istehlakçıların brendə loyallığını yüksəltməyə nail olub.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 1 971
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri