Bred Pittlə Colinin toyu saxta çıxdı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2 744
Səs ver:
(səs: 2)
Ancelina Coli ilə Bred Pitt Fransada evlənməyiblər
Dünya ulduzları Ancelina Coli ilə Bred Pittin keçən il çaldırdıqları toy saxta imiş. Aktrisa avqustun 23-də baş tutan Fransada sahibi olduqları Mirval qəsrindəkı toylarının səhnə arxası məqamlarını açıqlayıb.

Coli Fransadakı toy mərasimindən əvvəl ABŞ-da evləndiklərini, yəni dünyanın böyük maraqla izlədiyi toy ərəfəsində əslində evli olduqlarını söyləyib.

İtaliyanın "IO Donna" jurnalına danışan Coli Bred Pittlə Kaliforniyada evləndiklərini deyib: "Biz amerikalılar zatən Fransada evlənə bilmərik. O üzdən evlilik haqqında şəhadətnaməni ABŞ-da aldıq, imzaları öz ölkəmizdə atdıq".

Hələ 2012-ci ilin aprelində nişanlarını elan edən aktyorlar, sən demə, qısa müddətdən sonra rəsmi nikaha giriblər. Ancelina Coli rəsmi nikaha girmələrini belə xatırlayıb: "Bir gün Bredə dedim ki, bu gün saat 16.30-da görüşək. Sonra da getdik evliliklə bağlı rəsmi sənədləri imzaladıq".

Coli üçün bu, artıq üçüncü nikahdır. O, Coni Li Miller və Billi Bob Tornton ilə ailəli olub.

Dünyanın ən məşhur cütlüyü olan Ancelina Coli və Bred Pitt 6 uşaq övlad tərbiyə edirlər. Onlardan üçünü (Meddoks, Paksu və Zaxar) aktyorlar uşaq evindən götürüblər.
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 2 744
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri