“WhatsApp”da videozəng funksiyası istifadəyə verilir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 530
Səs ver:
(səs: 1)
"WhatsApp” messencerinin istifadəçiləri uzun müddətdir  səsli zəng funksiyasının reallaşmasını gözləyirlər. Ötən il şirkətin direktoru Yan Koum bildirmişdi ki, sözügedən funksiya 2015-ci ilin birinci rübündə işıq üzü görəcək. Bundan başqa, digər bir yenilik də gözlənilir.
Belə ki, "Maktechblog” resursu yazır ki, "WhatsApp” tərtibatçıları tətbiqdə videozəng reallaşdırmağı planlaşdırırlar. Messencerin daxili kodu buna sübutdur.
Bizimyol.info "ICTnews" elektron xəbər xidmətinə istinadən bildirir ki, "iPhone” üçün son "WhatsApp” quraşdırmasında tərtibatçılar proqramda "Skype” vasitəsilə videozəng funksiyasının yaranması imkanını bildirən "Call via Skype" parametrini aşkar ediblər. Ötən il "Facebook” tərəfindən 19 milyard dollara satın alınmış xidmətin tərtibatçıları şərh verməkdən imtina ediblər.
Messencerin populyarlığı getdikcə artır. Ötən ilin avqustunda "WhatsApp” messencerinin aktiv istifadəçilərinin sayı 600 milyon olub.  O vaxtdan etibarən bu göstərici artaraq 700 milyon təşkil edir.
Xidmətin direktorunun məlumatına əsasən, əlavənin istifadəçiləri hər gün 30 milyarddan çox mesaj göndərirlər ki, bu da planetin hər bir sakininə dörddən çox mesajın düşməsi deməkdir.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 4 530
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri