"Mənim üçün kişinin yaraşıqlı olması əsas deyil" - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 163
Səs ver:
(səs: 2)
Müğənni Günay İbrahimli media nümayəndələri ilə görüşüb.

13 yanvarda köhnə Yeni ili jurnalistlərlə birlikdə qeyd etmək istəyən sənətçi onların suallarını cavablandırıb. G.İbrahimli yaradıcılığından və yeni prodüseri Toma Hüseynəliyevadan bəhs edib:
"Beş gündür rahatlamışam. İşlər o qədər çox olurdu ki, çatdıra bilmirdim. Artıq bir çox şeydən xəbərim olmur, heç nəyə əsəb keçirmirəm. Eltonla ( müğənni Elton Hüseynəliyev – red.) Moskvada idim. Mənə dedi ki, Toma artıq işləməyə başlayıb. Mənim də fikrimdə yeni prodüser tapmaq var idi. Ancaq klip, mahnı təqdim etməkdən artıq bezmişdim. Yeniliklər, layihələr eləmək istəyirəm. Bunu həyata keçirmək üçün mənim yanımda, gərək, güclü insanlar olsun. İnanıram ki, Toma ilə bunların hamısını edəcəm. Bu il Heydər Əliyev Sarayında konsert verəcəm, albom çıxaracam. Çoxlu mahnılarım var. Ola bilsin, iki albom çıxartdım. Duetlərdən ibarət bir layihəm var”.
Yeni prodüserinin ünvanına təriflər yağdıran G.İbrahimli işbirliyinə son qoyduğu köməkçisi Sevinc Hüseynovadan ayrılma səbəbini də açıqlayıb:
"Toma işinin peşəkarıdır. O, işi ilə ailəsini qarışdırmır. Hətta o gün bir mahnı göstərdi. Dedim, yəqin bunu Elton oxuyar, söylədi xeyr, Elton mənim həyat yoldaşımdır. Amma sən mənim adımsan, bu mahnını sən oxuyacaqsan. Sevincdən küsməmişəm. Sadəcə, zəng etdim, telefonuna zəng çatmadı. Yazıb bildirdim ki, artıq onunla çalışmaq istəmirəm”.
ATV-də yayımlanan "Kimdir nömrə 1?” yarışmasından ayrıldıqdan sonra oradakı iştirakçılarla aralarındakı narazılığa son qoyan sənətçi "Hamısı ilə münasibətim çox gözəldir, hər biri ilə əlaqəm indi də var. Hətta bu yaxınlarda bir çox Yeni il çəkilişində bir olduq”, - deyə bildirib.

Bir müddət əvvəl sevgilisi olduğunu etiraf edən G.İbrahimli hazırda heç kimi sevmədiyini deyib:
"Ailə də olacaq, övlad da... Amma indi ürəyim boşdur. Bu gün üçün mənə əsas olan sənətimdir. Ağ atlı igidi gözləyirəm. Hündürboy, qaraşın oğlanları sevirəm. Mənim üçün bir kişidə ən önəmlisi fərasətidir, yaraşıqlı olması əsas deyil. Bəzən sevəndə çirkin adam da sənin gözünə gözəl görünür”.
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 3 163
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri