Bakıda 9 yaşlı uşağı zorlayan məhkəmə qarşısında

Müəllif: Antikvar
Şərhlər: 8
Baxılıb: 2 201
Səs ver:
(səs: 1)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 9 yaşlı oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Səlim Hüseynov (ad və soyadlar şərtidir) barəsindəki cinayət işi məhkəmə prosesi başlayıb.
Proses qapalı keçirildiyindən iclasa KİV nümayəndələri buraxılmayıb. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi çıxış edib. Məhkəmə prosesi yanvarın 15-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə keçən il Sabunçu qəsəbəsində baş verib. Yaşadığı evin həyətində uşaqlarla oynayan 9 yaşlı Əli Məmişovun siqaret çəkdiyini görən digər oğlanlar çirkin fikrə düşüblər. Onlar azyaşlıya deyiblər ki, siqaret çəkdiyini anasına deyəcəklər. Beləliklə, yeniyetmələr azyaşlını qorxudaraq onunla qeyri-təbii yolla cinsi münasibətdə olublar.

Baş verənlərdən xəbər tutan 9 yaşlı oğlanın anası polisə şikayət edib. Əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlını zorlamaqda şübhəli bilinən 1999-cu il təvəllüdlü S. H saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 150.1 (zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 201
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri