“Onunla bir gün keçirmək üçün həyatımdan 10 ili silərəm”

Müəllif: Miss_Oxatan
Şərhlər: 29
Baxılıb: 1533
Paylaş:
Səs ver:
(səs: 2)
"Bir insan bu qədər yaraşıqlı ola bilməz”, "Bu adam çıxıb mən yad planetliyəm, desə, heç təəccüblənmərəm”, "Onunla bir gün keçirmək üçün həyatımdan 10 ili silərəm” – sosial şəbəkədə yazılan bu tipli şərhlər Türkiyənin ən yaraşıqlı aktyorlarından Çağatay Ulusoyun fanatlarının ona qarşı olan sevgisinin böyüklüyündən xəbər verir.

"Baby face” deyə adlandırılan simpatik siması, əzələli bədəni, uzun boyu və qızların ağlını başından alan baxışları ilə Çağatay Ulusoy son illərin ən populyar aktyorlarından olmağı bacarıb.

Gənc qızların ən sevimli aktyorlarından olan Çağatay əvvəlcə modellikdə özünü sınayıb və bir çox uğurlar əldə edib. Buna baxmayaraq, daha sonra özünü aktyor kimi görmək istəyib. Maraqlısı odur ki, Çağatay burada daözünü təsdiqləyib. Çağatay Ulusoy bizim tamaşaçılara "Adını Feriha koydum” və "Medcezir” seriallarından tanışdır.

Qeyd edək ki, aktyor sadəcə yaraşıqlılığı ilə deyil, yaşadığı eşq macəraları ilə də gündəmə bomba kimi düşüb.  Çağatay əvvəlcə özündən yaşca xeyli böyük olan meneceri ilə, daha sonra da cazibədar aktrisa Serenay Sarıkaya ilə çılğın sevgi romanı yaşayıb.

Gah ayrılıb, gah da barışan Serenayla Çağatay hələ də eyni serialdadır və öpüşmə səhnələri ilə tez-tez müzakirə mövzusuna çevrilirlər.
Son günlərdə isə yaraşıqlı aktyor "Victorias secret”in mələyi Culia Ordon ilə birgə fotosessiya ilə gündəmdədir.

Dünyanın ən cazibədar modellərindən olan Culianın da ağlını başından alan Çağatay bu yaxınlarda "Elle” jurnalına müsahibə verib.

Şəxsi həyatı ilə bağlı maraqlı məqamlardan danışan ulduz bəyəndiyi qadın tipini də açıqlayıb.

Bəyənilmək üçün xarici görkəm kifayət deyil

- Necə bir uşaqlıq keçirmisən?

- Atam Bolqarıstan immiqrantı, anam boşnaqdır. Bir-birlərinə bağlı, qohumluq əlaqələri güclü olan, böyük bir ailədə böyümüşəm. Məni vicdanlı bir övlad kimi yetişdirməyə çalışıblar. Ailədə bir çox yaşıdımın olması uşaqikən həddən artıq hiperaktiv olmağımın əsas səbəbidir. Yaxşı ki, bir müddət sonra enerjimi idmana yönəltmişəm. Uşaqlığımı dolu-dolu yaşamışam, vaxtımın çoxunu küçədə keçirdiyim üçün çox xoşbəxtəm.

- Xarici görünüş və xarakter olaraq kimə oxşayırsan?

- Daha çox atama oxşadığımı deyirlər. Mən də atama oxşadığımı düşünürəm. Xasiyyətim isə  anama bənzəyir.

 - Ən çox hansı xasiyyətini bəyənirsən?

- Sakit və gülərüzlüyəm.

- Ən çox nədən qorxursan?

- Nəyisə istəyib, edə bilməməkdən. Məsələn, aktyor olmaq litsey illərindən bəri xəyalım idi. Həyata keçirə bilməsəydim, çox üzülərdim.

- Çətin vaxtlarda ən çox kiminlə dərdləşirsən?

- Ailəmlə, yaxın dostlarımla. Təəssüf ki, ailəmi həftədə 1 dəfədən artıq görə bilmirəm.

-Əvvəllər hansısa aktyorun fanatı olmusan?

- Çox yaxşı xatırlayıram, mənim 10-11 yaşım olanda "Dəli ürək” adlı serial gedirdi. Onu izləyirdim və Kənan İmirzalıoğlunu çox bəyənirdim. İndi də çox hörmət etdiyim və bəyəndiyim aktyorlardan biridir.

- Səni əvvəl model kimi tanıdıq, sonra seriallarda gördük. Aktyorluq dərsləri almısan?

- Aktyor olmaq fikri məni həmişə düşündürürdü. "Best Model” yarışmasında iştirak etdikdən sonra təkliflər gəldi. Türkiyədə daha çox seriallar çəkilir. Mən də özümü inkişaf etdirmək üçün dərslər almağa başladım. Çünki yalnız xarici görünüş kifayət deyil. Mən gördüyüm hər işi ən yaxşı şəkildə icra etmək istəyirəm, bunun üçün əmək sərf etməli olduğumu bilirəm.

- Bəs, kinoya çəkilmək istəyirsən?

- Bu il "Ay yapım” şirkəti ilə elə bir layihəm var. Yaz aylarında çəkilişlər başlayacaq. Əslində işlərə indidən başlamışıq. Filmin rejissoru "Medcezir”də bizimlə olan Ali Bilgindir. Oynayacağım yeni rol üçün indidən dərslər almağa başlamışam. Bu işdə də müvəffəqiyyət qazanacağıma inanıram. Yaxşı iş əmək tələb edir. Özümə və işimə hörmətim var. Məni izləyən və dəstəkləyən insanlar üçün öz üzərimdə işləyirəm.

Tənqidlər gözümü qorxutmur

- Tənqidlərdən qorxursan?

- Əksinə, tənqidin faydalı olduğunu düşünürəm. Həmişə məni sevən, dəstəkləyən təqibçilərimin yazdıqları şərhləri və tənqidləri oxuyuram. Deyilənləri diqqətə almağa çalışıram.

- Bu günə kimi sənə edilən ən təsirli, ən xoşuna gələn kompliment hansı olub?

- Əslində bu mövzuda bir az utancağam. Belə məsələlərdən danışmağı sevmirəm. Ancaq etiraf edim ki, bəyənilmək çox yaxşı hissdir. Nəticədə işim elədir ki, insanların məni bəyənməsi böyük əhəmiyyət təşkil edir. Bəyənməsələr, təkliflər də gəlməyəcək.
Sevdiyim qadını qısqanaram

- Bir qadını hansı xüsussiyyətlər daha cazibədar edər?

- Yalnız qadın-kişi münasibətlərində deyil, dostluqda da səmimiyyətə əhəmiyyət verirəm. Mənə səmimi qəlbdən yaxınlaşan biri ilə dost ola bilərəm. Səmimi olmayan qadın, dünya gözəli də olsa, diqqətimi çəkə bilməz.

- Şorgözsən?

- Hamı elə bilir ki, şorgözəm. Amma əsla elə deyiləm. Üstəlik, həyatımda kimsə varsa, gözüm başqa heç kimi görməz. Mən eşqə inanıram, heç vaxt xəyanət etmərəm.

- Necə qızlardan xoşun gəlir?

- Sadə, gülərüzlü, zarafatcıl qızları bəyənirəm. Bəzən sakit, bəzən də çılğın olan qızlardan xoşum gəlir. Çox makiyaj edən və özünü fərqli göstərməyə çalışan qızları bəyənmirəm.Çox qısqancam və düşünürəm ki, o, mənim qısqanclığıma dözməlidir. Ümumiyyətlə, sevdiyini qısqanmayanları başa düşə bilmirəm. Qısqanmamaq nə deməkdir ki?

- Xoşuna gələn qız səninlə sevgili olmaq istəməsə, nə edərsən?

- Mənimlə maraqlanmayan qıza aşiq olmaram. Amma doğru insan olduğuna inansam, dalınca sürünərəm.

- Sehirli çubuğun olsa, qızların hansı xüsusiyyətlərini yox edərdin?

- Hər şeyi səhv başa düşməklərini.

- İlk baxışdan məhəbbətə inanırsan?

- Yox, inanmıram. Məncə, vaxt keçdikcə qarşındaki insanı tanıyıb onun səni cəlb edən xüsusiyyətlərinə aşiq olursan. Ancaq çox yaxın dostların sevgili ola biləcəklərinə inanmıram.

- Yaşadığın sevgi macəraları sənə nə öyrədib?

- Hesab edirəm ki, buna cavab verməyim düz deyil. Çünki sevgi haqqında hələ çox az şey bilirəm. Qarşıda məni bir ömür gözləyir.

- Ailə qurmaq, evlənmək  haqqında planların var?

- Məncə bunları düşünmək üçün hələ çox tezdir. İndi ancaq işimi və kariyeramı düşünürəm. Amma böyüdüyüm ailə mənim üçün yaxşı bir nümunədir.

loading...
(səs: 2)
Şərhlər: 29
Baxılıb: 1533
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
ALESSANDRA
heqiqeten yarasiqlidi verdiyi cavablarda ozu kimi 07
7 oktyabr 2015 20:44
29
Don't trust anyone ∆
Offline
vipbetul
bunu ferhada daha cox beyenirdim
12 mart 2015 16:27
28
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
lili)
Sitat: Miss_Oxatan
Sitat: guzellik
Coxpisleme

haay? 08 28

az allah seni guldursun ne qeder gulmusem 122
16 yanvar 2015 08:33
27
Offline
ismayilova ulker
Sitat: Miss_Oxatan
Sitat: guzellik
Coxpisleme

haay? 08 28


122 Ayyy oldum gulmeyden Cagatay yaddan cixdi Mestan. Ay qiz sorusma danusan doyul 122
15 yanvar 2015 20:10
26
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Offline
sima
dogrudanda gewey oglandiii,,,ama onunla olmaggg ucun bu geder can atmirammm 05
15 yanvar 2015 17:56
25
23.09 25.09 melek melek melek
Online
adsiz-a
nem oqlandiiidaaa 24
15 yanvar 2015 15:51
24
Offline
tatyana
heyatimdan 10il silerem deyenlere deyeydilerki on ilini silince get birce ayliq mualice al basina
15 yanvar 2015 15:42
23
MENİ KİMSE AGLAR GÖRMEDİ -- AGLAMADIMMI??
AGLADIM HEMDE COXX AMMA MEN GÖZ YAŞLARIMI HER ZAMAN QELBİME AXITDIM,HAMIDAN GİZLİ,HAMIDAN XEBERSİZ.....
Offline
Wiyinka
Dogurdanda qewey oglandi
15 yanvar 2015 12:25
22
Offline
emis
Ailə qurmaq, evlənmək haqqında planların var?

- Məncə bunları düşünmək üçün hələ çox tezdir. İndi ancaq işimi və kariyeramı düşünürəm. Amma böyüdüyüm ailə mənim üçün yaxşı bir nümunədir

neyi tezdi bilmirem bu gedisnen evde qalacaqsan ay Cagatay qizlarin hec biri gelmiyecek sa gunde birinnen sevgili olursan hemde deyirsen cox qisaqncam
15 yanvar 2015 11:39
21
Offline
Gulu-Qezi
BEYENIREM QEWENG AKTIYORDU TA YAD PILANETLILIK QEDERDE YOXDA
15 yanvar 2015 11:27
20
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Offline
roksi1995
tesekkurler xebere gore
15 yanvar 2015 11:12
19
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Offline
xeyalperest
Bu yaraşiqlidisa day men hec ne demirem
15 yanvar 2015 08:05
18
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Offline
Luna-90
Yaxsi semimi musahibedi xosum geldi.ancaq cagatay .adini feriha qoydum.da qeweng simpaticniydi .indi yox eybecerlesib
15 yanvar 2015 00:54
17
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
ece uslu
beyenmirem bunu
15 yanvar 2015 00:33
16
Offline
ŞehZam
Vallahi billahi ne xowum gelir ne fanatiyam ne de cekildiyi hec bir seriala baxmamiwam birdefe de olsun
15 yanvar 2015 00:31
15
Offline
Fiorella
Zehlem getirdi cunki ozunden razi oglana oxsayr ama musahibesinde hecde ele dansmyb dediyi kimidise yaxsi oglandi ama fanat deylem ureyimde getmir
15 yanvar 2015 00:17
14
Offline
FISTIK
maraqliydi bele bir aktyir kimi beyenirem yarasiqdida amma hec vaxd onuna otru olen qizlar kimide ureyimde getmir ozu ucun adamdida bezi video izlemisem ayda qizlar az qala bunan otru olede gotrub sekilin filan yigir profile qoyur hec xosdamiram amma aktyor kimi beyenem adam allahnan danisar fistik kimi oglandida amma hele olmurem bununcun23
14 yanvar 2015 23:03
13
Offline
arzum-aysum
Yarasiqli olsa da soyuqdu. Beyenmirem bunu.
14 yanvar 2015 22:54
12
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
Tomris Müslümova
bay amaaan hardan yarasiqlidi bu?? gic gic seylerdi
14 yanvar 2015 22:52
11

Sən sadəcə mənimsən...!
Offline
sona
Pahoooo heyatinnan 10 il silecek qedervaglini itirenlerde var imiw. Vallahi billahi men bu cagtayda bir qram yarawiq gornurem. Eybecer deyil ama xususi bir qeyri adi yarawiqliligi yoxdu.
14 yanvar 2015 22:10
10
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook