"Üç gündür yoldaşımla küsülüyük" - Xatirə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 14
Baxılıb: 2 157
Səs ver:
(səs: 1)
Müğənni Xatirə İslam ailəsindən bəhs edib.

Sənətçi harasa gedəndə həyat yoldaşı ilə bir-birlərindən icazə almadığını deyib:

"Harasa gedəndə həyat yoldaşımdan icazə almıram. Fəxrəddin soruşanda deyirəm ki, bu gün toydayam. O da gecikəndə deyir, Xatirə, bu gün gec gələcəm. Bir-birimizdən icazə almasaq da, getdiyimiz yerdən xəbərimiz olur. Bir şeyi etiraf edim: üç gündür yoldaşımla küsülüyük, danışmırıq. Uşağı götürüb ondan xəbərsiz getmişdik anamgilə. İki gündən sonra zəng etdim, amma gəlib bizi evə aparmadı ki, necə getmisən, elə də gəl. İndi xanımlar gəzmək, küçədə dolaşmaq istəyir. Evdar qadının evdə oturmasına normal baxıram. Otursun, uşağına baxsın, onun çöldə nə işi var? Mən müğənniyəm, sənət adamıyam, 15 ildir çöllərdəyəm, kişi kimi qadınam. Amma yenə də yoldaşımı hər şeydən xəbərdar edirəm”.
(səs: 1)
Şərhlər: 14
Baxılıb: 2 157
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri