Osmanlı sultanı Peyğəmbəri təhqir etmək istəyən Avropanı necə yerində oturtdu?

Müəllif: Miss_Oxatan
Şərhlər: 10
Baxılıb: 1 835
Səs ver:
(səs: 0)
Avropa ölkələrində İslam peyğəmbəri Hz.Məhəmmədi (s) təhqir etmək cəhdi bu günümüzlə məhdudlaşmır.

Tarixi keçmişdə də bu kimi yaramaz hallara təşəbbüs göstərilib. Belə hadisələrdən biri də Osmanlı sultanı ikinci Əbdülhəmid xanın hakimiyyəti illərində Fransada baş verib. 1890-cu illərdə fransız yazar "Muhəmməd" adlı tamaşa ilə İslam peyğəmbərini (s) təhqir etmək istəyib. Bu hadisədən qəzəblənən Osmanlı sultanı Əbdülhəmid xan Fransaya nota verib.

Fransızlar bu notadan möhkəm narahat olub, öz elçilərini Osmanlıya göndərib, aranı sakitləşdirmək istəyirlər.

Sultan elçiləri saatlarla qəbulda gözlətdikdən sonra onların qarşısına savaş qiyafəsi ilə çıxır. Bir əlində qılıncı, o biri əlində ayaqqabısını tutan sultan fransızlara belə müraciət edir:

"Siz bu davranışınızla İslam dövlətinə qarşı savaş elan etdiniz. Sizi xəbərdar edirəm, əgər Fransa bu səhnənin dayanması üçün təşəbbüs göstərməzsə, ayaqqabılarımın üzərinə basdığım kimi, gələr o teatırın üstünə basaram".

Elçi qorxusundan nə edəcəyini bilmir və dərhal Fransaya qayıdaraq durumun zənn etdiklərindəndə ciddi olduqunu onlara anladır. Fransa üzr istəyərək, Osmalı sultanına bu məzmunda bir məktub yazır:

"Tələbinizi yerinə yetirmiş durumdayıq. Ümid edirik ki, bu hadisə iki dövlətin bağlılıqını kölgə altına salmaz".

Fəqət bu fransız yazar qovulunca öz ssenarisini səhnələşdirmək üçün İngiltərəyə səfər edir və orada bu alçaq təşəbbüsün bu ölkədə həyata keçirmək istəyir. Osmanlı sultanı bu dəfə Böyük Birtaniya kralına ona xəbərdarlıq edən məktub yazır:

"Göyü dirəksiz yaradan Allaha and olsun ki, əgər bu səhnəni, Rəsulullaha (sallallahu aleyhi və səlləm) qarşı olan bu həqarətləri durdurmasanız! Allah yolunda cihadı (savaşı) elan edərəm".
Bu məktubdan sonra həmin əsərin səhnələşdirilməsi İngiltərədə də qadağan edilib.
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 1 835
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri