Kriştiano Ronaldo İrina Şeyki anasına görə tərk etdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2 647
Səs ver:
(səs: 3)
"Onlar çox ciddi mübahisə ediblər”.

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo beş illik münasibətdən sonra sevgilisi, Rusiya fotomodeli İrina Şeyki tərk edib.

Səbəb isə Şeykin Ronaldonun anasının yubileyi şərəfinə təşkil edilmiş gecəyə getməkdən imtina etməsi olub.

Bu barədə öz mənbələrinə istinad edərək portuqal nəşri "Correio da Manha” xəbər verir.

Ronaldo öz anasının 60 illik yubileyi şərəfinə hazırlanmış gecəyə Madridə gedərək sürpriz etmək istəyirdi, amma model öz sevgilisini bu səfərdə müşayiət etməkdən imtina edib.

"Onlar çox ciddi mübahisə ediblər və hər şey Ronaldonun Yeni il ərəfəsində oğlu ilə tək qalması ilə nəticələnib. Bu, son damla oldu, belə ki, onlar son aylarda çox tez-tez mübahisə edirdilər”- KİV mənbənin sözlərini sitat gətirib.

Daha öncə KİV futbolçu və modelin münasibətlərinin pisləşdiyindən yazıb, Ronaldo Şeykin ana və həyat yoldaşı olmaq üçün karyerasını atmaq istəmədiyini anlamışdı. Bu fakt yalnız futbolçunu deyil, onun anasını da qane etmirdi.

29 yaşlı Kriştiano Ronaldo futbol tarixində ən bahalı futbolçudur. İdmançı surroqat anadan dünyaya gələn dörd yaşlı oğlunu tərbiyə edir.

29 yaşlı İrina Şeyxislamova, daha çox İrina Şeyk kimi tanınır. O, Çelyabinsk vilayətinin Yemanjelinsk şəhərindəndir. Model 2007-ci ildə "Sports Illustrated Swimsuit Issue” jurnalı üçün çəkilir, Armani Exchange, Guess, Intimissimi, Lacoste, La Perla brendlərinin siması olur.

Hal-hazırda isə Avon kosmetik markasını təqdim edir.
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 2 647
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri