Azərbaycanda nə qədər məktəbli qız abort etdirib? - ARAŞDIRMA

Müəllif: Miss_Oxatan
Şərhlər: 28
Baxılıb: 7476
Paylaş:
Səs ver:
(səs: 3)
Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutu yeni rəqəmlər açıqlayıb.
İnstitutun elmi katibi Leyla Məmmədova bildirib ki, 20 yaşa qədər qadınların hamiləliklərinin 13 faizi, 20-24 yaşlı qadınların hamiləliklərinin 28 faizi, 25-34 yaşlı qadınların hamiləliklərinin 58 faizi, 35-44 yaşlı qadınların hamiləliklərinin 75 faizi süni abortla başa çatır. 2011-ci ildə Azərbaycan üzrə yeniyetmə qadınlar arasında edilən abortların sayı 1204 olub. Onlardan 15-17 yaş arası 135 nəfər, 18-19 yaş arası isə 1069  nəfərdir.
Hər 1000 yeniyetməyə abort göstəricisi isə 15-19 yaş 2,9 faiz, 15-17 yaş 0,6 faiz, 18-19 yaş 6,1 faizdir. Ümumiyyətlə, hamiləlik zamanı itkilərin əksəriyyəti süni abortlar - 40.9 faiz, daha sonra uşaqsalma 6 faiz və ölü  doğuş 0.4 faiz nəticəsində baş verir.
Leyla Məmmədova əlavə edib ki, 2000-ci ildə Azərbaycanda ümumi abortların sayı 17 min 500 idisə, 2012-ci ildə artıq bu göstərici 31 min olub.
Statistikada əsas diqqəti çəkən məqam yetkinlik yaşına çatmayan 15-17 yaş arası 135 nəfərin abort olunmasıdır.
 
"Bu, elə böyük rəqəm deyil, amma...”
 
"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova  deyir ki, 135 rəqəmi yalnız rəsmən qeydə alınmış abortları göstərir: "Elə UNİCEF-in hesabatında Azərbaycanda 5 min erkən nikah faktının qeydə alındığı bildirilib. Erkən nikahlardakı abort ayrıca araşdırmaya ehtiyac olan məsələdir.
İkincisi, zorlanmadan sonra aborta müraciət edənlər olur. Üçüncü kateqoriya seks xidməti göstərən gənc xanımlardır ki, onların da aborta müraciət etməsi barədə kifayət qədər fakt var. Hesab edirəm ki, erkən seksual münasibətlərdən yaranan abortlar bu siyahıda üstünlük təşkil edir. 135 nəfər isə elə böyük rəqəm deyil, amma bunun hansı hədəf qruplarından olması araşdırılmalıdır.
 
"Polisə məlumat verilir”
 
7 saylı qadın məsləhətxanasının baş həkimi Südabə İsmayılova deyir ki, onlara müraciət edənlər arasında yetkinlik yaşına çatmayanlar nadir hallarda olur, bu isə qadının orqanizmi ilə bağlı məsələdir. Yəni bu məsələdə qeyri-adilik axtarmaq lazım deyil: "Ola bilər, səhhətində hansısa problemi var, buna görə abort məcburiyyəti yaranır. Ekstrogenetal xəstəlik, sosial problemlər üzündən də belə abort etdirənlər az deyil. Nikah yaşına çatmayanlar arasında hamiləlik təsadüfi hadisə sayılmamalıdır. Elə olur ki, toy edirlər, amma gənclərin yaşı qanunvericiliyə uyğun olduqdan sonra münasibət rəsmiləşdirilir”.
Südabə İsmayılova belə olanda azyaşlı qadınların hamilə qalmasını və ya abort etdirməsini normal hesab edir: "Azyaşlıların abortu məsələsində vətəndaş nikahında olanları da nəzərə almaq lazımdır”.
Baş həkim bu məsələdə psixoloji məqamları da nəzərə almağı vacib sayır: "Yəni bu qadınların yaşının az olması o demək deyil ki, onlar hamısı təsadüfi cinsi əlaqədən hamilə qalıblar. Məsələn, azyaşlı ana olmağa hazırlaşanları çox vaxt anası, qaynanası, qohumu gətirir. Çünki onların icazəsi lazımdı. Bu çox ciddi məsələdir, sonrakı məsuliyyət var.
Azyaşlı pasentlər haqqında isə polis orqanlarına müraciət edilir, sonrakı mərhələ ilə məsləhətxananın hüquqşünası məşğul olur”.
 
Cinayət var, cəza yoxdur
 
5 saylı hüquq məsləhətxanasının hüquqşünası Səfa Məmmədova deyir ki, istər ailə qurmuş olsun, istərsə də təsadüfi cinsi əlaqə, fərqi yoxdur, hər bir halda yetkinlik yaşına çatmayanla cinsi əlaqəyə girən şəxs cinayət məsuliyyəti daşıyır: "Cinayət Məcəlləsinin 152-ci maddəsinə görə, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olan və ya seksual xarakterli digər hərəkətlər edən şəxs üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Son vaxtlar belə hadisələrin çoxalması səbəbindən həmin maddənin birinci və ikinci bəndinə dəyişiklik edilməsi, cəzanın sərtləşdirilməsi nəzərdə tutulur.  Hüquqşünas deyir ki, dəyişikliyə əsasən, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə, yaxud zor tətbiq etmə hədəsi ilə, eləcə də zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

loading...
(səs: 3)
Şərhlər: 28
Baxılıb: 7476
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Angela7
Allah uzaq eləsin.
20 dekabr 2015 07:13
28
Offline
wenikmurik
Off axi nece qiyirlar off burda ovlad isteyen varken her yuxumda olmayan ovladimi gorurem olmayan Allahim sen komey ol sebr ver olmayanlara mene sen insaf ver ovladini dograyana..olderen diri diri
9 iyun 2015 23:09
27
Bugunume wukr!
Offline
vipbetul
Allah uzaq elesin dehsetdi
12 mart 2015 03:12
26
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Brilliantam
Allah uzaq elesin,dehsetdi.
27 yanvar 2015 02:22
25
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
Offline
lili)
Allah uzaq elesin bu yasda dehsete geldim vallah
19 yanvar 2015 08:25
24
Offline
ŞehZam
Başı batsın ağılsız qızın! Heç bir anaya bedasıl övlad arzulamıram, hər bir ana min bir arzu-diləklə dünyaya övlad gətirir, başını yerə əyib üzünü qara etsin deyə yox.. Allah uzaq eləsin

Başı batsın ağılsız qızın! Heç bir anaya bedasıl övlad arzulamıram, hər bir ana min bir arzu-diləklə dünyaya övlad gətirir, başını yerə əyib üzünü qara etsin deyə yox.. Allah uzaq eləsin
19 yanvar 2015 03:27
23
Offline
Luna-90
Mende 17yasda abort olmusam uzaq olsun dogus ondan asandi.ancaq men resmi evli idim .
19 yanvar 2015 02:45
22
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
FISTIK
bayax oxudum xeberi sokdan serhde yaza bilmedim dehset soz tapa bilmiremde
18 yanvar 2015 23:58
21
Offline
KRALİCEM
Allah hexbir anaya gosdermesin qizuznin hele heyatini
18 yanvar 2015 22:03
20
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Offline
ece uslu
allah uzaq eləsin dəhşətdi 13-14 yaşhara abort hara?
18 yanvar 2015 20:35
19
Offline
tatyana
Allah qorusun qizlari seytan emelinden,tez yoldan cixmasinlar
18 yanvar 2015 20:11
18
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
Chalikushu
indiki usaqlar tamam basqadir
18 yanvar 2015 19:13
17
men ne vaxt boyudum ki qelbler qirdim(
Offline
liza
ALLAH axil fikir versin bele qeleti eliyirsiz bari gozdeyinde gunahsiz usaqlarin canna niye qest edirsiz
18 yanvar 2015 18:35
16
".......Dua Rehmetin... Destemaz Namazin... Namaz da Cennetin acaridir ........".
Offline
Сладкий Ангел
dehsetdireee ayyallax bu sekli gorende birteher oldum bu yawdaki qizlar oxumagdan gor neyniyiller 24
18 yanvar 2015 18:26
15
.Bir gülüşüm var Sizlərə ömür...
Offline
Turkan Abbasova
Allah gorsetmesin

Allah gorsetmesin
18 yanvar 2015 17:40
14
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Offline
Tomris Müslümova
bu ne yaa ne mektebli qiz??
18 yanvar 2015 17:38
13

Sən sadəcə mənimsən...!
Offline
Wappuw
Allah uzaq elesinn
18 yanvar 2015 17:36
12
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Offline
adsiz-a
ay amaannn Allah qorusun
18 yanvar 2015 17:00
11
Offline
Gulu-Qezi
ALLAH ozu saxlasin dehwetdi
18 yanvar 2015 16:10
10
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Offline
isveç.de
Allah uzağ eləsin.
18 yanvar 2015 15:28
9
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv