Sindi Kroufordun yeni fotosessiyası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 539
Səs ver:
(səs: 1)
Model Sindi Krouford Britaniyanın "London Evening Standard” jurnalının üz qabığı üçün fotosessiya etdirib.

Ulduz, həmçinin jurnala müsahibəsində 90-cı illərin model biznesi haqda danışıb və həmin vaxtla müasir dövrün gözəllik ideallarını müqayisə edib:

"İndi modellər çox nadir hallarda qlamur jurnalların üz qabıqlarını bəzəyir və dünya markalarının simasına çevrilirlər. Onların yerlərini şou-biznes ulduzları tutub. Məhz aktrisa, müğənni və tele-ulduzlar dünya brendlərinin reklamlarında çəkilməyə dəvət olunurlar. Bu gün model olmaq elə də asan deyil”.
Super modelin sözlərinə görə, əvvəllər aktrisalar öz işləri ilə məşğul olmağa daha çox üstünlük verirdilər:

 "90-cı illərdə aktrisalar reklam müqavilələrindən qaçırdılar. Qızmızı xalının podiuma çevrilməsini istəmirdilər. Hazırda isə bunun əksini müşahidə edirik. Hərə öz işi ilə məşğul olurdu. Dəb sənayesi sadəcə qlamurla və bir neçə brendlə kifayətlənmirdi. Marka seçimi çox idi. Bu, bizim qızıl dövrümüz idi. Biz model biznesinin rok ulduzları idik. Heç kimi bizi əvəz edə bilməyib”.

Qeyd edək ki, Sindi Krouford iki uşaq anasıdır.

 

 

 

(səs: 1)
Şərhlər: 9
Baxılıb: 2 539
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri