Bu ölkə Peyğəmbəri təhqir edəni bağışlamadı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 1 668
Səs ver:
(səs: 1)
Avstryada faşizmi tərifləyib, İslamı pisləyən, Məhəmməd peyğəməb əri (s.ə.s) təhqir edən bir nəfərə iki il həbs cəzası verilib.Prokurorluq cəzanın az olduğunu deyərək, artırılması üçün hərəkətə keçib.

Həbs qərarını Vyana bölgə məhkəməsi verib. 32 yaşlı danimarkalı kişi "internetdə faşist təbliğatı etmə və dini dəyərləri pisləmədə" ittiham edilir.

Danimarkalı gənc Vyanada 2010-cu ildən yaşayır və universitetdə kimya üzrə təhsil alır. O, "Facebook" səhifəsində faşizmi dəstəkləyib, yəhudi soyqırımını təkzib edib, Məhəmməd Peyğəmbəri (s.ə.s) təhqir edən ifadələr paylaşıb.

Onun əməlinin üstünü anti-faşist bir qrup açıb. Belə ki, təhqirləri görən qrup dərhal hüquq mühafizə orqanlarına müraciət edib.

Məhkəmə qərarını "səfehlik" adlandıran 32 yaşlı tələbə saxlandığı həbsxanada da svastika ilə divarlara şüarlar yazaraq dövlət əmlakına da ziyan vurub. Buna görə də o ayrılqda məhkəmədə cavab verməli olacaq.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 1 668
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri