İnanılmaz üstünlüklərlə iPhone 7 gəlir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 309
Səs ver:
(səs: 2)
iPhone 6 və iPhone 6 Plusun bir neçə ay əvvəl satışa çıxmasına baxmayaraq, mütəxəssislər "Apple” şirkətinin yeni ildə iPhone 6S-i və iPhone 7-ni satışa çıxaracağını iddia edib. "Apple” şirkətinin hər il bir və ya 2 məhsulu bazara çıxardığını iddia edən məsul şəxslər son günlərdə ortaya çıxan söz-söhbətlərin gerçəkləşmə ehtimalını yüksək qiymətləndiriblər. Mütəxəsislərin fikrincə, "Apple” heyranları 2015-ci ildə yeni məhsullarla çox təəccüblənəcəklər. İddialara görə, 2015-ci ilin birinci yarısında iPhone 6S, ikinci yarısında iPhone 7 satışa çıxarılacaq. Tayvanlı məsul şəxslər isə texnologiya saytı "Texno Buffalo”ya açıqlama verərək, "Apple”ın yeni telefonlarda cüt RAM isifadə edəcəyini bildiriblər. Yeni telefonlarda 2 GB RAM, tabletlərdə is 4 GB RAM olacaq. Başqa bir iddiaya görə, "Apple” şirkəti mini iPhone hazırlayacaq. Bu məhsulun da 2015-ci ildə bazarda öz yerini tutacağını bildirən mütəxəssislər telefonun 4 inç ölçüdə ola biləcəyini vurğulayıblar. iPhone 7 ilə bağlı iddialar həddindən artıq çoxdur. iPhone 6-nı 4.7 inç ekran ölçüsü ilə bazara çıxaran "Apple”ın iPhone 6S-in ekranını 5.5 inç ölçüsüdə buraxacağını bildirirlər.
İddialara görə, "Apple”ın böyük sürprizlərindən biri də indiyə qədər heç bir telefonda etmədiyi inanılmaz bir xüsusiyyət olacaq: Kabelsiz şarj xüsusiyəti. Eyni zamanda, iPhone 7 o biri ayfonlara nisbətən daha qalın olacaq. iPhone 6-da olmayan sapfir ekranın iPhone 7-də istifadə edəcəyi də deyilir. Bu iddianı gücləndirə biləcək hadisə isə "Apple” şirkətinin Çindəki istehsalçısı Fokskonun sapfir ekran fabriki quracağı xəbəridir. Bu iş üçün Fakskon 2.6 milyard dollar yatırım qoyacaq. İkinci iddiaya görə isə iPhone 7-də yumşaq (likvid) metaldan istifadə olunacaq. "Ekonomik Deyli Nyus”un iddiasına görə, iPhone 7-dəki ən böyük sürpriz 3 ölçülü ekrandır. Qəzet bu iddiasına istinad kimi "Apple” şirkətinin xam maddə tədarükçüsü TPK-nın 3 ölçülü ekran üzərində işləməsini göstərib.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 4 309
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri