5 yaşlı uşaq 5 dəqiqədə alimləri belə pərt etdi - Video

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2 602
Səs ver:
(səs: 0)
5 yaşlı uşaq fizika müəllimlərinin belə çətinliklə həll etdiyi məsələni 5 dəqiqədə həll etdi. ABŞ-ın Florida ştatında yaşayan Migel Sisilianonun qəliz məsələni bu qədər kiçik yaşda həll etməsi onu  sosial mediyada fenomenə çevirib. Dünyanın bir sıra aparıcı xəbər mərkəzlərinin diqqət çəkdiyi uşaq yazı taxtası üzərində "paralel elektrik dövriyyəsində ümumi müqavimət, gərginlik və cərəyanı” düzgün tapa bilib.

Onun həmyaşıdlarının böyük əksəriyyətinin böyük ehtimalla fizika adlı elmdən xəbəri belə yoxdur. O isə nəinki yazıb-oxumaq, hətta çətin məsələləri belə həll etməklə, heç şübhəsiz bir çox yaşlı fizika müəllimini geridə qoyur. Məsələni həll etdikcə tamaşaçıları paralel elektrik dövriyyəsi ilə bağlı məlumatlandıran uşaq, sanki bütün dünyaya fizikadan mühazirə oxuyur.

Rəqəmlərin, riyazi terminlərin adlarını belə tələffüz etməkdə çətinlik çəkən uşağın, bu qədər qəliz məsələni necə başa düşdüyü hamıya qaranlıq olaraq qalır. Mika ləqəbli balaca fizikin atası Leon Sisilianonun lentə aldığı bu görüntülər  qısa zamanda ona dünya şöhrəti qazandırıb. Sosial mediyada "5 yaşlı dahi” kimi qələmə verilən uşağın fizika bilgisinin arxasında hansı qüvvənin dayandığı isə  cavabsız qalan suallar arasındadır.
[media=https://www.youtube.com/watch?x-yt-cl=84411374&v=S0K3QctjPGU&x-yt-ts=1421828030]
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 2 602
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri