Canlı efirdə pul cıran müğənni CƏZALANDIRILDI

Müəllif: Mr. OffiCeR
Şərhlər: 14
Baxılıb: 3 688
Səs ver:
(səs: 2)
Xəzər TV "Hər şey daxil" verilişində Azərbaycan manatının cırılması ilə bağlı açıqlama yayıb

Televiziyanın saytında yerləşdirdiyi açıqlamada bildirilir:

"Xəzər televiziyası 2007-ci ildə "Ailənizin Xəzəri" devizi altında yayım fəaliyyətinə başlayıb. Fəaliyyətə başladığı qısa müddət ərzində böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Hər zaman milli-mənəvi dəyərlərin qorunması və təbliği, soy-kökə bağlılıq, dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyə əsas məqsədimizdir.

Bu gün Xəzər televiziyasında yayımlanan "Hər şey daxil" verilişində arzuolunmaz hal baş verdi. Belə ki, aparıcı ifa etdiyi "Borc ver” mahnısının təsirində qalaraq ifasını səhnələşdirmək istəmiş və bu zaman qeyri-ixtiyari olaraq milli valyutamız olan manatı cırıb.

Məsələ ilə bağlı Xəzər televiziyası rəhbərliyi dərhal toplantı keçirmiş və bu addım qətiyyətlə pislənilib və aparıcı Sevinc Səfərova, rejissor Sevinc Məmmədova cəzalandırılıblar.

Baş vermiş hadisəyə görə adıçəkilən şəxslər üzr istəyiblər.
(səs: 2)
Şərhlər: 14
Baxılıb: 3 688
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri