Kərəm Bürsinin “Victoria’s Secret”in mələyi ilə - fotosessiya

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 540
Səs ver:
(səs: 0)
Türkiyəli aktyor Kərəm Bürsin "Victoria’s Secret”-in norveçli mələyi Frida Asenlə birlikdə "Elle” jurnalına fotosessiya etdirib.

Aktyor dərgiyə müsahibəsində yaradıcılığından və şəxsi həyatından danışıb. Kərəm hobbisinin gündəlik tutmaq olduğunu deyib. O, xəyallarından da bəhs edib:

"Mənim arzum aktyor olub pul qazanmaq və ailə qurmaq idi. İstəklərimin yarısı reallaşıb. Anamla atamın evliliyi mənim üçün nümunədir. Nənəmlə babam 60 ildir ki, ailəlidirlər. İnşallah, mənim də onlarınkı kimi ailəm olar. Onlar hələ də bir-birlərini sevirlər. Birlikdə kinoya, operaya gedir, musiqi dinləyirlər”.

K.Bürsin ilk məhəbbətini 7 yaşında yaşadığını deyib:

"Həmin vaxt əsl "eşq adamı” idim. Bir gün gəlib anama dedim ki, bəyəndiyim qızı restorana aparacam. Qızın anası zəng vurub "Oğlun dəlidir? 7 yaşında nə restorana, nə də kafeyə getsinlər” demişdi. Romantizmə çox inanırdım”.

 

 

 

 

 

(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 540
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri