12 illik təhsilə keçidin bəzi detalları açıqlandı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 1664
Səs ver:
(səs: 2)
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında 12 illik təhsillə bağlı tədbirlər nəzərdə tutulub.

Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov bu gün keçirilən mətbuat konfransında deyib ki, 12 illik təhsilə keçidlə bağlı fikirlər bildirilməzdən öncə dünyanın inkişaf etmiş ölkələrində təhsillə bağlı məlumatlar təhlil edilib.

Onun sözlərinə görə, belə müəyyən olunub ki, dünya ölkələrində ümumi təhsilin müddəti 12 il və daha artıqdır: "Dünya təhsil sistemlərindən inteqrasiyadan danışılırsa, Azərbaycanda da 12 illik təhsilə keçidlə bağlı müəyyən tədbirlər görülməlidir. Bu məsələ artıq dövlət strategiyasında öz əksini tapıb. 12 illik təhsilə keçid sadə proses deyil. Hazırda ölkədə ümumi təhsilin müddəti 11 ildir. 11 il ərzində 4 illik ibtidai, 6 il ibtidai orta, 2 il tam orta təhsil nəzərdə tutulub. 12 illik təhsilə keçid tədris planlarında köklü şəkildə dəyişikliyi, buna əsasən dərsliklərin dəyişikliyini nəzərdə tutur. Buna da müəyyən işlərdən başlamaq lazımdır. Kurrikulum üzrə keçən müddət ərzində təhsil prosesində müəyyən təhlillər aparılıb. Hazırda kurrikulumların 12 illik təhsil sisteminə uyğunlaşdırılması nəzərdə tutulur. Bunun üçün müəyyən müddət müəyyənləşdirilib. İlk olaraq 12 illik təhsilə keçidlə bağlı mütəxəssislərdən ibarət işçi qrupu yaradılacaq. 12 illik təhsilə keçidin əsas müsbət cəhətlərindən biri də tədris proqramlarının genişləndirilməsidir”.

A.Əhmədov qeyd edib ki, təhsilin səviyyələri üzrə bütün təhsil pillələrinə uyğun təhsil proqramları 12 illik təhsil sisteminə uyğunlaşdırılacaq: "10 illik ümumi orta, 2 illik tam orta təhsil-lisey səviyyəsinin müəyyən edilməsi pedaqoji sahə üzrə mütəxəssislər tərəfindən müzakirə olunacaq. İndidən hansı tədris ilindən 12 illik təhsilə keçiləcəyi barədə danışmaq tezdir. Növbəti müzakirələrin nəticəsindən sonra ümumi məsələyə, 12 illik təhsilə keçidlə bağlı bir çox məsələlərə aydınlıq gətiriləcək”.
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 1664
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 72556
Xəbər sayı: 1
Qeydiyyat: 7.04.2012
vipbetul
berkem dersleri azaldarlar
12 mart 2015 02:02
11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 8819
Xəbər sayı: 0
Qeydiyyat: 5.10.2013
ece uslu
yuxuda ne gorurler onu da qanun edirler
29 yanvar 2015 20:43
10
Şərh sayı: 12222
Xəbər sayı: 0
Qeydiyyat: 21.05.2013
tatyana
12 il???oyy cox deyilmi
28 yanvar 2015 13:07
9
("Günahlarımın bağışlanmasını Allahdan istəyir və Onun hüzurunda tövbə edirəm")
Şərh sayı: 7425
Xəbər sayı: 23
Qeydiyyat: 12.12.2014
rəmsə
Sitat: FISTIK
mense eksine cox isterdim yene orta mektebe vaxdlara qaydam kasda tehsil ala bilerdim yoldasim qoymadi ):

Caan sən də mənim günümdəsənki.neynək inşaallah çocuklarımız oxuyub ali savadlı olardua
28 yanvar 2015 08:19
8
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Şərh sayı: 16637
Xəbər sayı: 2937
Qeydiyyat: 10.01.2014
arzum-aysum
Boyyyyy qızlarım 12 il oxuyacaq girl_impossible

Men on il oxumuşam. Üçdən beşə keçmişik. Dördüncü sinif oxumamisam
27 yanvar 2015 23:53
7
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Şərh sayı: 16080
Xəbər sayı: 587
Qeydiyyat: 15.06.2014
emis
esitmisdim
27 yanvar 2015 22:58
6
Şərh sayı: 8350
Xəbər sayı: 40
Qeydiyyat: 6.07.2014
aziz a
Bu ne hoqqadi, usaglarin isini cetinlesdirirler
27 yanvar 2015 22:48
5
...
Şərh sayı: 80409
Xəbər sayı: 30
Qeydiyyat: 5.03.2012
BARBI
Ne yaxsi bizbitirdik yoxsa 12 il oxuya bilmezdim mence 11 il yaxsidir bir ilde vaxt itirmeye ehtiyac yoxdur
27 yanvar 2015 22:21
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 10331
Xəbər sayı: 340
Qeydiyyat: 6.09.2012
Qlamurr
Bu startegiyanın həyata keçirilməsi birmənalı qarşılanmıyacaq,çünki artıq hamımızın öyrəşdiyi bir sistemi,proqramı büsbütün dəyişəcəklər,kiminə sərf edəcək,kiminə etmiyəcək.Əslində bu proqrama keçid bir neçə ilə çəkəcək ,çünki hələ araşdırmalar gedir.İnşallah ki,təhsilimizin səviyyəsi qalxar,gələcək nəsil daha savadlı olar....
27 yanvar 2015 21:46
3
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Şərh sayı: 18379
Xəbər sayı: 1303
Qeydiyyat: 25.06.2014
Fialka
yaxsidi belece tehsil seviyyeside belke qalxar ancaq bezileri ucun bu bed xeber olar yeqin..
27 yanvar 2015 21:39
2
Şərh sayı: 16531
Xəbər sayı: 1522
Qeydiyyat: 24.12.2014
Tomris Müslümova
12 il??/ canimizi yaxsi qutardiq biz
27 yanvar 2015 21:37
1
Mənim olan bu heart səni çox sevir!!!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri