Whatsapp'dan daha bir yenilik

Müəllif: emis
Şərhlər: 11
Baxılıb: 2 650
Səs ver:
(səs: 1)
İtaliyadakı "Zeromobile" mobil rabitə operatorunun banisi və sahibi Manuel Zanello "WhatSim" adlı layihəni reallaşdırmağa başlayıb.

Bu SİM kart ildə cəmi 10 avro ödəmək vasitəsilə WhatsApp messencerindən yararlanaraq müxtəlif ölkələrdə ünsiyyət qurmağa imkan verəcək.

"Səyyahlar və ya işi ilə əlaqədar olaraq tez-tez müxtəlif ölkələrə yollanan insanlar üçün əla imkandır. "WhatSim" alan insanın bahalı rouminqə pul ödəməsinə və ya pulsuz Wi-Fi aramasına heç bir ehtiyac yoxdur", - M.Zanello deyib.

"WhatSim" dünyanın 150 ölkəsində keçərli olacaq beynəlxalq SİM-kartdır və WhatsApp-da istənilən həcmdə mesaj mübadiləsinə imkan verir.

SİM-kartın baza qiyməti olan 10 avroya mobil telefondakı nömrələrlə kontakt və ya GPS koordinartalarının mübadiləsi də daxildir. İstifadəçilər fotolar, video və ya səsli mesajlar mübadiləsi istəsələr, bünün üçün müvafiq olaraq əlavə qaydada 0,1, 0,5 və 0,025 avro ödəməlidirlər.

"Zeromobile" bildirir ki, "WhatSim" kartını dünyanın 150 ölkəsindəki 400-dən artıq mobil operator dəstəkləyəcək.

Kartın satışlarına fevral ayında başlanacaq
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 2 650
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri