Brilliant bacısı qızını biabır elədi: "Xislətindən istifadə edirlər"

Müəllif: Antikvar
Şərhlər: 14
Baxılıb: 7 398
Səs ver:
(səs: 1)
Xalq artisti Brilliant Dadaşova bacısı qızı Səidə Dadaşova barəsində maraqlı fikirlər səsləndirib. "5/5” verilişinə qonaq olan xalq artisti bildirib ki, S.Dadaşova ona layiq olmayan insanlarla gəzir. Belə ki, S.Dadaşova verilişə gələn zaman "Tıxacları yara-yara nəhayət, gəlib verilişə çatdım”, - deməsinə peşman olub.

B.Dadaşovanın mikrofonu götürərək, S.Dadaşovaya bu sözləri deyib: "Küçədəki tıxacları yarmaq asandır. Sən həyatındakı tıxacları yar, evə gəl, yanımızda ol. Madam ki, söhbət düşüb, deyim. Səidə həm mənim bacım qızı, həm də əmioğlumun qızıdır. Çox istedadlıdır. Əfsuslar olsun ki, onun bir az təmiz xislətindən bir çoxları istifadə edir. Səidə mənim xoşuma gəlməyən insanlarla oturub-durur. Mən də, atası da, anası da 100 dəfə demişik ki, sənətlə məşğul ol. Yanımızda ol. Ona dəfələrlə demişəm ki, səsini qoru, pis vərdişlərdən uzaq ol. Məsələn, siqaret çəkir. Mənim Səidəyə ilk narazılığım siqaret üstündə olub. Demişəm ki, Səidə sən müğənnisən, siqaretdən uzaq ol. İndi bir çox müğənnilər siqaret çəkir, amma boyunlarına almırlar. Burda ayıb heç nə yoxdur. Sadəcə bu insanın səhhətinə ziyandır. Bir sözlə biz bu Səidəni öz yanımıza çəkə bilməmişik”.
(səs: 1)
Şərhlər: 14
Baxılıb: 7 398
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri