"Bir tərəfim Azərbaycanlıdır"

Müəllif: emis
Şərhlər: 10
Baxılıb: 2 536
Səs ver:
(səs: 0)
O yaşıl gözləri ilə milyonlarla insanı özünə heyran qoyan gözəl səsli bir qadın. O, gülüşü, nazı ilə bir çox qadının kumiri. O, əvəzsiz səsi ilə yüzlərlə mahnıya unudulmazlıq qazandıran bir müğənni. O, bir Sibel Can.

Sibel Canın Türkiyə müxbirinə verdiyi müsahibəsini sizə təqdim edirik.

Salam Sibel xanım. İstəyirsiz başda oxuyucularımızı salamlayaq.

Hə əlbəttə. Azərbaycanlılar mənim canım ciyərimdir. Həmişə deyirəm, mənim bir tərəfim azərbaycanlıdır. O qədər çox sevirəm sizi. Dəfələrlə Azərbaycanda konsert vermişəm. Hamısında da o qədər xoşbəxt hiss etmişəm ki, özümü, sözlərlə ifadə edə bilmərəm. Heç bir zaman unuda bilməyəcəyim konsertlərimi mən Azərbaycanda vermişəm. Ömrümdə heç vaxt bu qədər gül görməmişdim. Unutmuram, inanılmaz dərəcədə gözəl güllər səhnəyə atılırdı. İnşallah belə gözəl günlərdə hər zaman birlikdə olarıq.

Bu qədər çox sevirsiz Azərbaycanı. Planlarınız arasında ölkəmizdə yeni konsert proqramı var?

Hər zaman. Azərbaycandan arzu edildiyim hər zaman oraya gəlmək mənim üçün böyük bir şərəfdir

Sibel xanım. Bildiyim qədərilə albomlarınızda Azərbaycan mahnılarına yer verirsiz. Kim seçir bu mahnıları?

Mən Azərbaycan mahnılarının ən böyük heyranlarındanam. Böyük bir zövqlə dinləyirəm və özüm seçirəm. Bilirsiz, illər qabaq "Sən Gəlməz Oldun" mahnısını ifa etmişdim. Son albomum "Meşk" üçün də çox gözəl bir Azərbaycan mahnısını aldım. "Qəbahətin böyükdür" mahnısını çox sevərək ifa etdim. Onu illər sonra hər kəs yenidən xatırlamış oldu. Ölkəmizdə də çox sevilir.

Hər medalyonun 2 üzü var. Sibel Canın medalyonun o biri üzündə nələr var?

Nələr var.....? Demək olar ki, kiçik yaşlardan səhnədəyəm və artıq sevərlərim hər şeyimi bilirlər. Gizlətdiyim heç nəyim də yoxdur. Hər şeyimi paylaşıram məni sevən insanlarla.

Tərgizmək istədiyiniz bir xarakteriniz və ya adətiniz var?

Nə bilim. Bu barədə düzünü desəm heç düşünməmişəm. Amma bəzi zamanlarda hər şeyə qarşı olan xoş niyyətim istismar olunur. Ona görə bəzən o xarakterimi tərk etmək istəyirəm. Umumiyyətlə bəzən hər şeyi buraxıb getmək istəyirəm. Hətta gedirəm də. Hər şeydən uzaqlaşıram. Tətilə çıxıram. Istirahət edirəm.

Sibel xanım mən artıq müsahibəmizi sonlandırmaq istəyirəm. Siz də bir azdan səhnəyə çıxacaqsız. Daha böyük bir konsertə imza atacaqsız. Indidən sizə uğur diləyirəm. Və son sözləriniz...

Təşəkkür edirəm. Hər zaman olduğu kimi Azərbaycana, ordakı qardaşlarımıza salamımı, sevgimi göndərirəm. Biz bir ailəyik bunu unutmayın. Öpürəm hamınızı.
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 2 536
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri