Türkiyə yenidən “Eurovision”da

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 143
Səs ver:
(səs: 2)
Türkiyə "Eurovision 2015” mahnı yarışmasında iştirak edəcək.
 
2013-cü ildə səsvermə və püşkatma sisteminə görə etiraz edən Türkiyə yarışmaya qatılmayacağını açıqlamışdı.

Avropa Yayım Birliyinin üzr istəməsi və TRT-nin tələblərini qəbul etməsindən sonra ölkə yarışmada iştirak etməyə yenidən qərar verib.

TRT-nin rəsmisi Şenol Göka bildirib ki, təkcə səsvermə sistemində yox, ölkəyə qarşı davranışda da xeyli suallar olub. O əlavə edib ki, vaxtilə Avropa Yayım Birliyi rəhbərliyinin siyasətindən razı qalmayıblar: "Birliyin siyasəti bizi razı salmamışdı. Münasibət düzgün qurulmalıdır. İtaliya və Rumıniya kimi ölkələrə oxşar münasibət olub. Bolqarıstan da geri çəkilməyə qərar vermişdi. Bizim tələblərimiz yerinə yetiriləcək və iştirak edəcəyik”.
(səs: 2)
Şərhlər: 12
Baxılıb: 2 143
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri