"Sevməsəm niyə yaşayıram ki?" - Röya

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2 940
Səs ver:
(səs: 0)
Müğənni Röya Ayxan geyim brendinin adını açıqlayıb.
106.3 FM-də yayımlanan "Arxiv" verilişinin qonağı olan sənətçi dünya ulduzu Rihannaya bənzədilməsindən danışıb:
"Bütün libaslarımı hazır alıram. Yalnız konsertdə geyindiklərimi tikdirirəm. Azərbaycanda bütün məşhur brendlərin mağazaları fəaliyyət göstərir. Pullu adamların da o mağazalarda tanışı var. Yeni kolleksiya gələndə zəng vururlar, bütün paltarları evimə gətirirlər. Mən heç bir mağazaya getmirəm. Evdə seçirəm, bəyəndiyimi alıram. Ən çox sevdiyim brend "Yves Saint Laurent"dır. Mənim tərzimə yaxındır. Rihanna da bu brenddən istifadə edir. Ona görə də bizi bənzədirlər. Rihannanın qarderobundakı geyimlərin yarıdan çoxu məndə də var".
İstanbula tez-tez gedib-gəlməsindən danışan Röya orada evi olduğunu deyib:
"Ailəm Türkiyədə yaşayır. İndi orada bir evim, işim var. Ona görə də tez-tez gedirəm".
R.Ayxan sevgidən də bəhs edib. O, sevgisiz yaşaya bilmədiyini söyləyib:
"Mən heç vaxt düzəlməyəcəm. Sevməyin quluyam. Sevməsəm niyə yaşayıram ki? Keçmişə baxmıram. Hər zaman gələcəyə baxmışam. Birinə bəslədiyin sevginin eynisini başqası ilə yaşaya bilmirsən. İnsan hər dəfə fərqli sevir".
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 2 940
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri