Heç vaxt bacım kimi ailə qurmaram

Müəllif: Miss_Oxatan
Şərhlər: 11
Baxılıb: 3 711
Səs ver:
(səs: 4)
Müğənni Mehin Hümbətova Amerikaya aparıcı bacısı Günel Hümbətovanı görməyə gedəcək.

İfaçı bacısının nikah mərasimində onun yanında ola bilmədiyini deyib:

"Toy günü onun yanında ola bilmədim. Vizada problem yarandı. Hələ də o məsələni həll edə bilmirəm. Bacımın qəfildən, bizdən uzaqda ailə qurmasına pis oldum. İnsan ən gözəl günündə əzizlərinin yanında olmaq istəyir. Təsəllim odur ki, sevdiyi insanla ailə qurdu, xoşbəxtdir. Amma mən heç vaxt bacım kimi ailə qurmaram. Çünki anama çox bağlıyam, onun yanımda olmasını istəyirəm".
Bacısı üçün çox darıxan M.Hümbətova onun yanına martda gedəcəyini söyləyib:

"Yanında olanda bu istəyi o qədər də hiss etmirsən. Uzaq qalanda çox istəyirsən, darıxırsan".

Qeyd edək ki, G.Hümbətova yanvarda Las-Veqasda Firuz Soliyev adlı gənclə ailə qurub.

 
(səs: 4)
Şərhlər: 11
Baxılıb: 3 711
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri