Kişinin qadınına "aşkım" deməsi düşüklükdür

Müəllif: Qlamurr
Şərhlər: 13
Baxılıb: 2 191
Səs ver:
(səs: 4)
Müğənni Vasif Məhərrəmli kişilərin sırğa taxmasına normal baxır.
 
O, "İncə maraqlar" verilişində sırğanın əslində sağlamlıq olduğunu deyib: "Kişinin sırğa taxması "Nəsimi"də də var. Tibbdə buna müalicə kimi baxırlar. Sırğa kişiliyə dəlalət etmir. Xaricdə kişilərə baxırsan, hündürboy, enlikürək biridir, amma qulağına on dənə sırğa taxıb. O, kişi deyil? Bu o deməkdir ki, sabah mən sırğa taxsam pis olacam?".
 
Kişi-qadın münasibətlərindən danışan V.Məhərrəmli "Türkiyədə kişilər xanımına "Aşkım" deyir. Buna "düşüklük" kimi baxıram. Kişinin həyat yoldaşına "uşaqlarımın anası, yoldaşım" söyləməsi gözəldir", - deyə əlavə edib.
 
Sənətçi hər zaman səliqəli görünməyə çalışdığını deyib: "Elə sənət dostlarım var ki, çox pintidirlər. Onların evində çay içməyə iyrənirəm. Hər zaman təmizliyə riayət edirəm. Evə gedən kimi mənim ayaqqabım yuyulub, silinib rəfə qoyulmalıdır. Siqaretə nifrət edirəm. İçki də içmirəm. Allah qismət edərsə, Həccə də gedəcəm".
(səs: 4)
Şərhlər: 13
Baxılıb: 2 191
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri