Uitni Hyustonun qızı gözlərini açdı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 148
Səs ver:
(səs: 3)
3 il bundan qabaq bədbəxt hadisə nəticəsində vəfat edən Uitni Hyustonun  21 yaşlı qızı naməlum səbəbdən komaya düşmüşdü. Yanvar ayından komada qalan qızın sağalması üçün ümidlər yaranıb. Belə ki, Bobbi Kristina Braunun gözlərini açması deyilib.

Qeyd edək ki, komaya düşən qızın vəziyyətinin pis olmasını nəzərə alaraq həkimlər bir neçə gün bundan qabaq onun həyatını təmin edən aparatını söndürmək qərarına gəlmişdilər.   Hətta, aparatın söndürülməsi üçün vaxt da müəyyən olunmuşdu. 2012-ci il fevralın 11-də Uitni Hyustonun ölüm ildönümünə görə, Bobbi Kristina Braunun həyatını təmin edən aparatın söndürülməsi o günə planlaşdırılmışdı. Sonradan isə bu məlumatın yalan olması üzə çıxdı.

Onun bibisi yayılan yalan məlumatlara öz münasibətini bildirərək deyib: "İnternetdə yazılan məlumatlardan fərqli olaraq Krissinin səhhətində yaxşılaşma gedir. O, gözlərini açır və başqa şeylər də var ki, o edir. Krissi sağalmağa doğru gedir”.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 2 148
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri