Türkiyəli məşhurlardan Özgecanın öldürülməsinə sərt reaksiya

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 914
Səs ver:
(səs: 5)
Türkiyədə bir neçə gündür axtarışda olan 20 yaşlı tələbə qızın yandırılmış meyiti tapıldıqdan sonra ölkə gündəmi tamamilə dəyişib.

Gənc qızın mindiyi avtobusda bıçaqlanaraq zorlandıqdan sonra yandırılmasında şübhəli bilinənlər artıq həbs olunub.
 
Özgecan Aslan adlı qızın ölümü Türkiyənin məşhurlarını da dilə gətirib. Müğənni Demet Akalın hətta Özgecan üçün keçirilmiş yürüşdə iştirak edib.

Beril Kayar, Lerzan Mutlu, Emre Karayel, Emine Ün, Tuba Ünsal, Aras Bulut İynemli, Sedef Avcı, Merve Oflaz, Pınar Altuğ, Birce Akalay və digər incəsənət adamları öz İnstaqram səhifələrində mərhumun fotosunu paylaşaraq baş verənlərə etirazlarını bildiriblər.

Aktrisa Beren Saat:
"Bu məsum baxış ömür boyu yaxanızı buraxmayacaq".

Aktrisa Nur Fəttahoğlu:
"Daha neçə CAN? Bu dəhşəti edənlərlə eyni havanı udmaq belə ağırdır".

Müğənni Sibel Can:
"Yumun gözlərinizi... Eşitdinizmi? Göz yaşları içində "Ana" qışqırığını... Allah ailəsinə böyük səbr versin"

Aktyor Aras Bulud İynemli:
"Yenə qanımızın donduğu bir xəbər. İyrənc. Kəlmələrin kifayətsiz qaldığı bir hadisə".

Aktrisa Hülya Avşar:
"Özgecana edilənlər vəhşilikdir. Tez zamanda buna çarə tapılmalıdır. Bu problemlərin gündəlik deyil, ümumi həlli lazımdır. Bu "mercii"nin idarə edənləri son dərəcə gücsüzdür".

Müğənni Demet Akalın:
"Yata bilmədim. Ədalət istəyirik. Prezidentə məktub yazacağam".

Aktrisa Pınar Altuğ Atacan:
"Bu vəhşiliyi edənlər cəzasız qalmasınlar".

Aktrisa Sedef Avcı:
"İnsanlığın öldüyü an".

(səs: 5)
Şərhlər: 10
Baxılıb: 2 914
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri