16 milyon mobil qurğu virusa yoluxub — DİQQƏT!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 969
Səs ver:
(səs: 1)
Bu virusun köməkliyi ilə xakerlər smartfonun dəqiq yerləşdiyi yeri və giriş çıxış zənglərini idarə edə bilərlər.

"Alcatel-Lucent Motive Security Lab”dan olan tədqiqatçılar 2014-cü ilin hesabatında bildirdilər ki, xakerlər qəliz konfiqurasiyaya malik zərərverici proqram təminatının köməkliyi ilə 16 milyon istifadəçinin mobil telefonundan şəxsi məlumatları əldə etdiblər. Bu barədə Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi xəbər yayır.

Əldə olunmuş təhqiqat məlumatları göstərir ki, 2014-cü ildə mobil qurğulara yönəlmiş kiberhücum 25 % artmışdır. Android və "Windows Phone"u isə ən populyar smartfonlar saymaq olar. Android kənar mənbələrdən yoxlanışmamış tətbiqetmələri yükləmək imkanına malik olduğundan daha çox bu kiberhücuma məruz qalır.

"İPhone" və "Blackberry" smartfonlarının 1% -i bu hücumla üzləşib.
Yeni viruslar aşağıdakı göstərilən məlumatları əldə edə bilirlər:
1. Smartfonun yerləşmə yeri haqqında məlumat
2. Giriş və çıxış zənglərinə nəzarət
3. SMS
4. Elektron poçt
5. Veb brauzerin işini izləyə bilir.

Qeyd edək ki, təhlükəsizlik qaydalarına qeyri ciddi yanaşan mobil qurğuların sahibləri öz şəxsi informasiyalarına nəzarəti itirmiş olur.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 969
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri