Bəy toy gecəsi gəlini döydü

Müəllif: Menim balam
Şərhlər: 14
Baxılıb: 4 715
Səs ver:
(səs: 4)
Döyülməyə səbəb isə gəlinliyi çıxarılması tələbi olub

Böyük Britaniyada nikah gecəsi bəy gəlini vəhşicəsinə döyüb.
Buna səbəb bəyin gəlinliyi çıxara bilməməsi olub.
 
Döyülən 22 yaşlı Emi Douson artıq boşanma ərizəsi verib.
 
Hadisə isə belə baş verib. Gəlin bəydən gəlinliyini çıxarması üçün kömək istəyib. Bu xahiş bəyin xoşuna gəlməyib və qızı vəhşicəsinə döyüb. Polis Qevin Qoulaytlini saxlayıb.
 
Emi Douson açıqlama verib ki, Qevin əvvəllər belə olmayıb: "İlk dəfə Qevinlə görüşəndə, o mənə qayğıkeş insan təsiri bağışladı. Mən ondan hamilə qaldığımı deyəndə isə , o tamamilə dəyişdi. Kobudlaşdı. Toy gecəsi mənə hücum etdi, düşünürdüm ki, öləcəyəm. Məni döyəndən sonra o otaqdan çıxdı və mən qaçmağa çalışdım. O qayıtdı və məni döyməyə davam etdi. Sonda var gücünlə mehmanxananın qapıçısına qaçdım və polisi çağırdım".
 
29 yaşlı bəy isə iddia edir ki, həmin vaxt narkotikin təsiri altında olub və heç nə xatırlamır.
 
Hadisə ilə bağlı məhkəmə prosesi də başa çatıb. Bəy məhkəmədə qızı döydüyünü etiraf edib. Oğlana pul cəzası verilib.
(səs: 4)
Şərhlər: 14
Baxılıb: 4 715
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri