Rusiyada 2846 Azərbaycan vətəndaşı həbsdədir

Müəllif: emis
Şərhlər: 9
Baxılıb: 1 806
Səs ver:
(səs: 2)
Məhkumların ümumi sayının 5%-dən çoxunu miqrantlar təşkil edir.

Rusiyanın cəzaçəkmə müəssisələrində cəza çəkən xarici vətəndaşlar arasında Azərbaycan vətəndaşları dördüncü yerdədir.

Bu gün 2846 Azərbaycan vətəndaşı dəmir barmaqlıqlar arxasındadır.

Rusiyanın Cəzaların Yerinə Yetirilməsi üzrə Federal Xidmətinin məlumatına əsasən, həbsdə olan xarici vətəndaşlar arasında Tacikistan vətəndaşları birinci yerdədir.

Hazırda dəmir barmaqlıqlar arasında 7786 Tacikistan vətəndaşı cəza çəkir. İkinci yerdə Özbəkistan vətəndaşları – 6746 nəfər, üçüncü yerdə isə Ukrayna vətəndaşlarıdır – 2964 nəfər. Məhkumların ümumi sayının 5%-dən çoxunu miqrantlar təşkil edir.

2014-cü ildə Rusiyanın cəzaçəkmə müəssisələrində 28 496 xarici vətəndaş saxlanılıb. Onlardan yalnız 384-ü uzaq xarici ölkələrin, yerdə qalanları isə MDB ölkələrinin vətəndaşlarıdır.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 1 806
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri