Günay Elnuru öpdü: “Bu gecə mənə ən böyük hədiyyə oldu” - FOTO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 923
Səs ver:
(səs: 4)
Azərbaycanlı model Günay Musayevanın gənc müğənni Elnur Hüseynovla sosial şəbəkədə yeni fotosu yayılıb.

Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva "O səs Türkiyə” müsabiqəsində qalib seçilən gənc müğənni Elnur Hüseynovla birlikdə çəkilən fotoşəklini yayımlayıb.

Fotoşəkli "Intagram” yayımlayan azərbaycanlı model həmyerlimizin finalda qələbə qazanmasında rol oynayan, dəstəyini əsirgəməyən bütün türklərə təşəkkürünü bildirib: "Ötən gün mənim ad günüm idi və Elnur bu gecə ən böyük hədiyyəni verdin mənə – nadir səsinlə layiq olduğun birinciliyi qazanaraq”.

Bundan başqa, Günay Musayeva azərbaycanlı birinin Türkiyədəki müsabiqədə birinci seçilməsinə ağız büzənlərə də ismarış göndərib: "Azərbaycanlı necə oldu ki, birinci oldu deyənlərin nəzərinə! Ayrıseçkilik etməyin. Hamınız türk millətiyik və qardaşıq. Həm də ki, bu insan öz səsi, bacarığı ilə qələbə qazandı. Sevgilər.”

Xatırladaq ki, qardaş ölkədə yaradıcılıq işləri ilə məşğul olan hər iki məşhurumuz geridə qoyduğumuz ilin dekabr ayında moda nümayişlərindən birində iştirak etmək üçün paytaxtımızın qonağı olmuşdular.
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 2 923
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri