Mətanət Əliverdiyevanın təqdim etdiyi "Gündəlik” verilişinin ətrafında gedən söz-söhbətlər səngimək bilmir.
Xüsusən sosial şəbəkələrdə tənqid atəşinə tutulan verilişə hətta
ziyalılar tərəfindən də mənfi münasibətlər bildirilir. Aparıcının və
yaxud da verilişdə qonaq qismində olan müğənnilərin bəzi hərəkət və
davranışları pislənilir, "biabırçılıq” adlandırırlar.
Milli Televiziya və Radio Şurasının(MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov
"Yeni Müsavat”ın əməkdaşına məsələ ilə bağlı danışıb. Onun sözlərinə
televiziya rəhbərlərinə xüsusi tövsiyələr verilib:
"Telekanal rəhbərlərinə bildirmişik ki, ictimai rəyi nəzərə alıb, milli
dəyərlərimizə hörmətlə yanaşsınlar. Adını çəkmək istəmədiyimiz bəzi şou
verlişləri üçün isə fərdi olaraq tövsiyyələr edilib. Lakin geyimə
gəldikdə isə, biz heç kimə bu barədə qadağan etmək səlahiyyətində
deyilik. Qanuna görə onlar müstəqildir, qurum olaraq televiziyaların
işinə müdaxilə etmirik. Lakin bildirirəm ki, hər gün yayımlanan
verlişlər bizim nəzərimizdədir”.
Den.az xəbər verir ki, ATV-də yayımlanan, adı tez-tez qalmaqallarda
hallanan "Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyeva isə
musavat.com-a açıqlamasında ona qarşı edilən tənqidlərə belə cavab
verdi:
"Bəli bü gün verlişim barədə tənqidi fikirlər var, amma cüzi qədərdir.
Hamı "Gündəlik” verilişini sevir, əgər sevilməsəydi bu qədər reytinq
qazana bilməzdik. Yaxşı verlişdir deyə baxırlar da. Kimsə bəyənmirsə
baxmasın, mən kiməsə demirəm ki, elə oturub mənə baxsın. Qətiyyən, mən
heç vaxt heç kimi nəyəsə məcbur edən insan deyiləm. Pis verlişə kim
baxar ki, şəxsən mən də yalnız yaxşı olan verlişləri izləyirəm. Orda
kimə neyniyirik ki, qəribədirlər e...(gülür). Tapıntıdır, veririk,
şənlik lazımdır edirik, tanınmışları çağırırıq, insanlar hansı müğənnini
görmək istəyirlərsə görür, dinləyirlər. Bəyənməyənlər yerli
kanallarımız olmur, başqa dövlətin kanallarını izləsinlər”.
Mətanət Əliverdiyeva həmkarları tərəfindən paxıllıq edildiyini bildirdi:
"İnsanların beynində, təfəkküründə nə baş verir onu anlaya bilmirəm.
Bunların hamısı paxıllıqdandır, onlar zirvəyə çata bilməyən insanlardır.
Bu siyahıya təkcə müğənnilər daxil deyil, ümumiyyətlə həyatında uğur
qazana bilməyənlər də var. Belə insanlar həmişə kimlərəsə paxıllıq
edirlər. Mən ömrümdə heç vaxt kiməsə paxıllıq etmərəm. Nəsə bir qüsuru
olarsa mən həmin an o adamın üzünə deyənəm ki, məsələ belədir. Bu
xarakterimə görə məndən inciyənlər də var, lakin tənqidlərimdən nəticə
çıxaran da olur. Mən də sevirəm kimsə mənə nəyisə düzgün təbliğ etsin.
Onda fikirləşirəm ki, hə, bundan nəticə çıxartmaq lazımdır, deməli belə
olmalıdır. Bəyəm insan yalnız tərif üçün yaradılıb? Xeyr, mənim beynim
yalnız tərifi qəbul edə bilməz, bu çox maraqsız olar. Məncə, artıq
insanların düşüncəsini dəyişmək lazımdır”.
Aparıcı bu günlərdə verilişin qonağı olan müğənni Röya Ayxanın qalmaqallı geyimindən də danışıb:
"İndi gəlin bir faktı nəzərdən keçirək. Türkiyədən müğənni Hadisəni
minnət xahişlə 300-400 min pul xərcləyib gətirirlər Azərbaycanın
göbəyinə, bir bəh-bəhlə də əl çalırlar ki, gəl görəsən. Deyim ki,
Hadisənin geyimi, hərəkətləri çox iyrənc olur. Şəxsən mən bu xanımı
qəbul edə bilmirəm. Amma Röya bir damcı kiçik ölçülü pencək geyinir onu
mütləq tənqid etməlidirlər. Hə, nə olsun ki, əsas odur ki, gözəl idi.
Hadisəyə o geyimləri yaraşdırmıram. Lakin Röyaya qısa geyim çox gözəl
yaraşır...Sonra da deyirlər ki, niyə sərhəddən o tərəfə heç kimi bizi
tanımır. Bu da özünü bu vasitə ilə tanıtmaqdır da, başqa cür necə
Avropalaşaq? Niyə xaricdən gələnləri bəh-bəhlə qarşılayıb, öpüb
gözümüzün üstünə qoyuruq?! Qoy bizdə də belə geyim olsun, niyə də yox.
Bir-iki dəfəynən nə olur ki? Səhnədə dəyişiklik olmalıdır və mən
yenilikləri çox sevirəm. Əgər Röya mənim paltarıma uyğun bir paltar
geyinib efirə çıxsaydı şəxsən mənim üçün maraqsız olardı, elə bilərdim
ki, o da adi aparıcılardan biridir. Amma o fərqli olmalıdır, mütləq
fərqlənməlidir. Onun paltarı oxuduğu janra tam uyğun idi. Röyaya mən çox
fanatlıq edirəm. İnamıram ki, ikinci bir aparıcı mənim qədər ona
fanatlıq etsin. Həmin gün verlişə o qədər tamaşaçı gəlmişdi ki, biz
stüdyada onların heç yarısını yerləşdirə bilmədik. Bildiyiniz kimi,
studyada oturacaqlar üç cərgə olur, tamaşaçılar da gündəlik olaraq
verlişə gəlirlər. Lakin həmin gün oturacaqları kənarlaşdırdıq ki, onu
sevən insanlar gəlib studiyada dayana bilsin. Röyadan mənim suyum,
çörəyim keçmir, nə də ki, heç bir müğənni ilə mənim alış-verişim yoxdur.
Çünki, o profildə mən toya falan getmirəm və s. Mən sadəcə insanları
qiymətləndirməyi sevirəm”.
Aparıcının sözlərinə görə efir geyimləri hər zaman müstəqil olmalıdır:
"Aparıcıların da geyimi gərək müzakirə edilməsin. Kimə nə yaraşırsa onu
da geyinir. Bu gün aparıcılarımız qısa, uzun, kimi isə hətta qısa
çortik geyinir. Qoyun geyinsinlər də, niyə də geyinməsinlər. Məgər hansı
dövrdə yaşayırıq, əgər gəşəngdirlərsə, bədən quruluşu onlara imkan
verirsə niyə də geyinməsin. Bu mənada mən geyimə qəti olaraq qarışmıram.
Bəyəm biz o anlayışla, o geyimlə inkişaf etməliyik? Şəhərə çıxırsan
görürsən ki, insanlar nə istəyirlər onu geyinirlər. Nədir bəyəm pisdir?
Əksinə bu gözəllikdir. Hərənin bir zövqü var, kimin ürəyi necə istəyir o
cür geyinir. Kimə necə rahatdırsa o cür yaşamalıdır. Geyim tərzi ilə
insanları ölçmək olmaz”.
M.Əliverdiyeva bu yaxınlarda xeyli müddət gündəmdə qalan "şpaqat” olayını da xatırlayib:
"Bir dəfə mən bir "razresli” paltar geyindim, şpaqat oturdum. Əvvəla onu
deyim ki, heç şpaqat oturmaq fikrim yox idi. Sadəcə həmin gün xarici
rəqqaslar, qonaqlar gəlmişdi. Onlar bir rəqs etdi, mən də dedim ki, o
rəqsdən mənə də nəsə öyədin. Dedilər ki, yox, sən bunu bacarmazsan.
Dedim sizin yanınzda olan xanımdan daha plastik bədən quruluşuna
malikəm. Dedilər ki, sən bunu sübut edə bilərsən? Mən də dedim ki, bu
dəqiqə sizə sübut edərəm. Tamaşaçılara üzümü tutub dedim ki, doğrudur,
mənim paltarım bunu sübut etməyə imkan vermir, lakin mən bunu onların
acığına edəcəm. Və mən dediyimi yerinə yetirdim. Onlar ayağa qalxıb ayaq
üstə məni alqışladırlar. Və orda da paltar cırıldı. Pah atonnan, bu
barədə azı bir ay yazdılar. Buyuq da, budur bizim dar təfəkkürümüz. Bu
şou proqramdır. Mən burda hər şey edə bilərəm, üstəlik də maraqlı
alınır. Mən standart aparıcı deyiləm ki, durub əlimi əlimin üstünə qoyub
deyim ki, "hə gələcək planlarınız necə oldu?” və s. Bu mənim içimdəm
gəlimir, çünki, həyatda necəyəmsə, efirdə də buyam. Mən dəyişməyən
insanam. Məni kimsə dəyişə bilərmi? Xarakterim budur”.
Aparıcı "Xəzər" televiziyasının canlı efirində Azərbaycan manatını cıran
əkiz bacılara qarşı sərt münasibət bildirib. Onun sözlərinə görə bu cür
aparıcıları televiziya efirlərinə çıxartmaq yolverilməzdir:
"Canlı yayımda manatımızı cırmaq tərbiyəsizlikdir. Amma gördüyünüz kimi
elə insanları aparıcı kimi aparıb dağ başına qoyurlar. Mən belə
apaırıcıları qəbul etmirəm. Aparıcının bazası olmalıdır. Dünyada baş
verən proseslərdən, siyasətdən xəbəri olmalıdır. Bilməlidirlər ki,
Ukraynada, Suriyada bu gün nələr baş verir. Amma şahidik ki, bunlardan
çox aparıclarn xəbəri yoxdur. Əgər yoxdursa onda efirə çıxmasınlar.
İstər idman, istər də şou verliş təqdim edən aparıclar hər bir məsələdən
məlumatlı olmalıdırlar. Sən əgər deyirsənsə Balakən Naxçıvanda
yerləşir, onda kül sizin təpənizə!”.
Qeyd edək ki, bu günlərdə "Gündəlik” verlişinin qonağı olan müğınni Röya
Ayxanın aşıq-saçıq geyimi və davranışları tənqidlə qarşılanmışdı.
Mütəxəsislər auditoriyanın xeyli hissəsinin açıq-saçıq geyimdə olan
müğənnilərin iştirak etdiyi verlişlərə baxıdığını əsas gətirərək
bildirirdilər ki, gənclər onları özlərinə ideal seçərək, danışıq və
davranışlarını təqlid edirlər və bu hal gələcəkdə ciddi problemlərə
gətirib çıxarda bilər.