Milli Qəhrəman Çingiz Mustafayevin anası əbədiyyətə qovuşdu
Bu
gün Naxış ana ilə vidalaşdıq. Milli Qəhrəman Çingiz Mustafayevi, ANS
Şirkətlər Qrupunun rəhbərləri Vahid və Seyfulla Mustafayevləri
Azərbaycana bəxş etmiş Naxış xanım Mustafayeva Yasamal qəbristanlığında
dəfn edildi.
Dəfn mərasimində Azərbaycanın ictimai-siyasi xadimləri, dövlət və
hökumət nümayəndələri, Millli Məclisin deputatları, tanınmış mədəniyyət
və incəsənət nümayəndələri, həmçinin mərhumənin yaxınları, qohumları
iştirak ediblər.
Mərhumənin oğlu, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev
ailələri adından dəfn mərasiminə gələn hər kəsə təşəkkür edib: "Həmçinin
mətbuat və telefon vasitəsilə bizə başsağlığı ünvanlayan hər kəsə
ailəmiz adından minnətdarlığımızı bildiririk".
Naxış xanım Mustafayeva 1940-cı il yanvarın 18-də Şəkidə anadan olub.
Onun tərbiyə verdiyi üç oğlu Azərbaycanda müstəqillik uğrunda mübarizə
aparılan illərdə milli hərəkatın önündə yer alıblar. Naxış xanım özü də
ötən əsrin 90-cı illərində milli-azadlıq hərəkatının fəal iştirakçısı
olub. Daha sonra MDB məkanının ilk müstəqil telekanalı olan ANS
telekanalının yaradılmasında valideyn tövsiyyələrini əsirgəməyib.
Naxış xanım Mustafayevanın yas mərasimi fevralın 21-də Təzə Pir məscidində keçiriləcək.