İlqarə: "Anam heç vaxt peşman olmur"

Müəllif: Menim balam
Şərhlər: 12
Baxılıb: 4 567
Səs ver:
(səs: 5)
Xalq artisti Aygün Kazımovanın qızı, gənc müğənni İlqarə "Region TV”də yayımlanan "Şou məkan” verilişinə müsahibə verib.

İlk klip təqdimatını keçirən müğənni anası Aygün Kazımovanın təqdimata qatılmamasını belə açıqlayıb: "Məni bütün Azərbaycan tanıyır onsuz da. Anamın öz işləri var, mənim öz işlərim”.

Sənətçi anasının kölgəsində qalmayacağını, hətta onun yerini tuta biləcəyini də bildirib: "Aygün Kazımova brenddir, ondan yoxdur. Anam heç vaxt peşman olmur, çünki o, dəmir ledidir. Mən də onun qızıyam, onun kimiyəm. Onun yerini də ancaq qızı tuta bilər”.

Müğənni, çəkdirdiyi klipi haqda isə bunları söyləyib: "Çoxdandır, klip çəkdirməyə mahnı axtarırdım, bu mahnını tapandan sonra qərara gəldim ki, ancaq bu mahnıya klip çəkdirməliyəm. Klipin rejissoru xəstələndiyi üçün təqdimata gələ bilməyib”.
(səs: 5)
Şərhlər: 12
Baxılıb: 4 567
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri