Manaf Ağayev övladlarından danışdı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 763
Səs ver:
(səs: 4)
Bu gün peşəkar və gözəl aparıcı Vüsalə Kərimova "Günaydın" müəllif verilişində müğənni Manaf Ağayevi qonaq edib. Teleaparıcı ifaçını övladlarının istedadını boğmaqda ittiham edib. Qarşı tərəf isə verilişdə məsələyə münasibət bildirməyə məcbur qalıb.

"Bəli, onlar oxumasın. Uşaqlarım dövlət işində çalışsırlar. Uşaqlarıma yalvarsam da oxumazlar.  Hərə bir cür böyüyür. Uşaqlarımın istedadı olsa da, onlar belə şeylərdən uzaqdır.  Özüm də maraqlanmışam qızımla, bu sahəyə umumiyyətlə, maraqlı deyil".

Manaf Ağayev verilişdə həmçinin uzun illərdir eyni musiqi kollektivi ilə çalışmasının səbəblərinə aydınlıq gətirib:

"32 ildir eyni musiqiçilərlə işləyirəm. Heç indiki kişilər 32 ailə saxlaya bilmir, o ki qaldı musiqiçi ola. Mən 1983-cü ildən, hələ kənddə toylara gedəndən həmin musiqiçilərlə işləyirəm. O vaxtdan həmin insanlara çörək verirəm".

Qeyd edək ki, "Günaydın" verilişi həftə içi 5 gün "Space" telekanalında, saat 14:20-də Vüsalə Kərimovanın təqdimatında efirə gedir.
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 2 763
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri