Firəngiz Mütəllimova qalmaqallı fotosundan danışdı

Müəllif: Wiyinka
Şərhlər: 15
Baxılıb: 5 515
Səs ver:
(səs: 3)
Akademik Milli Dram Teatrının tanınmış aktrisası, xalq artisti Firəngiz Mütəllimovanın "Bu şəhərdə”nin aktyoru, əməkdar artist Rafael İsgəndərovla çəkdirdiyi foto bir neçə gündür saytlarda və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Əksər saytlar isə fotonu "Firəngiz Mütəllimova tanınmış aktyorun qucağında”, "Rafael İsgəndərov azərbaycanlı aktrisanı qucağına aldı” başlıqlarıyla yayımlayıblar.

F.Mütəllimova əməkdar artistlə çəkdirdiyi şəkildə qəbahət görmədiyini bildirib:

"Burada nə var ki? Teatrda məşq də edirik, rol da oynayırıq. Başa düşmürəm... Başqa bir adamla qucaqlaşsaydım, möcüzəli şey olardı. Rafael İsgəndərov aktyordur, mən də aktrisayam, dostumdur. O fotoda qəbahətli bir şey olsaydı, özüm onu "Instagram” səhifəmdə paylaşmazdım”.

Xalq artisti deyib ki, sözügedən foto "Bu şəhərdə”nin konsertinə bilet alarkən çəkilib:
"Bu şəhərdə”nin reklamı üçün bilet almağa getmişdim. Orada şəkillər çəkdirdik. Hələ zarafat da elədim ki, gərək mən də bir gün sizinlə səhnəyə çıxam. Bu, sevincdən gələn bir şeydir. Məşqdə dava da edirik, qucaqlaşırıq da. Başqa kişinin qucağında olsaydım, o, təəccüblü gələrdi”.
(səs: 3)
Şərhlər: 15
Baxılıb: 5 515
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri