Mart ayı üçün hava proqnozu

Şərhlər: 15
Baxılıb: 1085
Paylaş:
Səs ver:
(səs: 0)
Mart ayında hava şəraitində keçid dövrünə xas olan mütəmadi dəyişiklik müşahidə olunacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən
Mart ayında ümumi temperatur rejiminin dəyişkən olmasına baxmayaraq, orta aylıq temperaturun iqlim normasına yaxın olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə iqlim normasından bir qədər çox olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta, gündüzlər 8-13, ayın ikinci yarısının bəzi günlərində 17-19 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 20-27 mm) olacağı proqnozlaşdırılır.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 4-8 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 8-13, ayın ikinci yarısının bəzi günlərində 15-20 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 22-44 mm) olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 0-4 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, ayın ikinci yarısının bəzi günlərində 17 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 42-52 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimalı var.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 8-13, ayın ikinci yarısının bəzi günlərində 15-18 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 19-48 mm olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun 2-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, ayın ikinci yarısının bəzi günlərində 15-17 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-90 mm) olacağı proqnozlaşdırılır.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 6-8 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 9-14, ayın ikinci yarısının bəzi günlərində 16-20 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 24-45 mm) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 2-7 dərəcə isti, dağlarda 3-8 dərəcə şaxta, gündüzlər 8-13, ayın ikinci yarısının bəzi günlərində 16-18 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 56-112 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.

loading...
(səs: 0)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
Mart yaxsidi soyuqudu
11 mart 2015 19:22
15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
ece uslu
yaz en sevdiyim fesildi
1 mart 2015 17:55
14
Offline
SENSİZ
soyuqu hec sevmirem yaz ve yayi sevirem
28 fevral 2015 22:18
13
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Offline
lili)
Gencedede bu il hec ele bilki qis olmadi havalar cox gozel kecdi insallahki yenede yaxsi olacaq
28 fevral 2015 18:11
12
Offline
Tomris Müslümova
Mingecevirde hava olduqca qeseydi ele bil yazdi adam sevinir
28 fevral 2015 16:50
11

Sən sadəcə mənimsən...!
Offline
AYKA-ISI
mart da soyuq aydi inwAllah havalar isti kecer
28 fevral 2015 13:32
10
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Offline
rəmsə
Mart ayı küləkli olur.Necə deyərlər mart girdi dərd girdi,mart çıxdı dərd çıxdı.
28 fevral 2015 13:24
9
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
Qlamurr
Mart ayına etibar yoxdu,gah soyuq olur,gah isti....ancaq yazın gəlişini səbirsizliklə gözləyirəm...
28 fevral 2015 13:07
8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
BARBI
Yaz gelir deye sevinirem qisi hec sevmirdim
28 fevral 2015 12:56
7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
qanadli melek
Mart ayinda hava cox deyiwken olur
28 fevral 2015 12:40
6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
aziz a
Mart ayi soyug olur hemise.....yaz ayi olsada.
28 fevral 2015 12:39
5
Böyük Rebbim sen özün kömek ol hamıya....
Offline
Fialka
Mart ayında yaz gəlsədə soyuq və dəyişkən olur hava şəraiti...
28 fevral 2015 12:35
4
Online
sona
her birimize duwerli ay kimi gelsin. İnwaAllah. Ama mart ayi hec de isti kecmir. Kulekli soyuq kecir.
28 fevral 2015 12:28
3
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Offline
emis
soyugdan xosum gelmir mart ayinin gelmeyine mend esevinirem ta yaya ne qaldiki
28 fevral 2015 12:24
2
Offline
canr
Nehayet yaz gelir.Havalarin isinmeyini cox isteyirem.Soyuga davamim yoxdu
28 fevral 2015 12:19
1
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook