15 yaşlı milyonçu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 243
Səs ver:
(səs: 5)
Amerikalı qızın illik gəliri təxminən 500 min dollardır
ABŞ-da 15 yaşlı qız öz şirkətini qurub.
Məlumata görə, Noa Mintz adlı lisey şagirdinin öz işçiləri də var.

Noa 3 il əvvəl dayə xidməti təklif edən sayt açıb. Başlanğıcda 50 müştərisi olan Noanın indi 200-ə yaxın müştərisi var. Noa hər işçisinə saatına 5 dollar ödəyir. İşə başlayanda o, orta hesabla 100 dollar qazanırdı. İndi isə onun illik gəliri təxminən 500 min dollardır.

Artıq kifayət qədər pul qazanan Noa məktəbə getməli olduğundan işlərini idarə etmək üçün işçi tutub və ofis icarəyə götürüb. O, "CNN"ə verdiyi müsahibəsində dərslərində müvəffəqiyyətli olmadığını deyib: "Dərslərimdə işlərimdə olduğum qədər müvəffəqiyyətli deyiləm, çətinlik çəkirəm. Amma, məncə, dərslərdə uğur qazanmaqla sahibkar olaraq uğur qazanmaq fərqli şeylərdir".
(səs: 5)
Şərhlər: 10
Baxılıb: 2 243
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri