Android Pay işə salınacaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 697
Səs ver:
(səs: 1)
Google yeni Android Pay ödəmə xidmətinin istifadəyə verilməsinə hazırlıq aparır. Bu məqsədlə şirkət Amerikanın üç ən böyük mobil rabitə operatoru (AT&T, T-Mobile və Verizon) ilə saziş imzalayıb.
 
Nəticədə həmin operatorlar satılan Android smartfonlara öncədən sistem quraşdıracaqlar. Bu ilin mayında Android Pay ödəmə xidmətinin rəsmi elanı gözlənilir.
 
Google-un bu təşəbbüsü elektron ödənişlər bazarında öz mövqeyini gücləndirmək üçün nəzərdə tutulub. Hazırda Google Wallet xidməti böyük populyarlığa malik deyil, ancaq ABŞ şirkəti satın aldığı startapların texnologiya və əqli mülkiyyətinin hesabına ödəmə xidmətinin imkanlarını yaxşılaşdırmağı planlaşdırır.
 
Məlum olub ki, Android Pay kənar mobil proqramlarda işləyəcək. Platforma alış-verişin kontaktsız ödənişi üçün NFC çipləri ilə təchiz edilmiş ödəmə terminalları ilə uyğun olacaq.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 697
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri