“Coca Cola”nın böyük sirri faş oldu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 14
Baxılıb: 2 873
Səs ver:
(səs: 3)
Mark Prenderqastın mövzu ilə bağlı yazdığı kitabında şirkətin təhlükəsizlik səbəbi ilə sadəcə, "Coca Cola”nın 2 nəfərin bilməsinə icazə verdiyi formulunu aşkarladığını iddia edib.

"İngiliz Metro” qəzetində yer alan xəbərə görə, şirkət qurucusunun yazdığı formulu ələ keçirdiyini iddia edən Prederqast, içkinin içində keşniş, darçın və neroli kimi maddələrin olduğunu iddia edib. Predergasta görə, bu 7 maddə içkiyə məşhur dadını qazandırır. Predergastın ən diqqət çəkən iddiası isə şirkətin bu dadları yox etmək üçün "Coca Cola”nı 24 saat ərzində xüsusi bir tərkibin içində saxlamasıdır.

Mark Prenderqastın iddia etdiyi formul budur:

29,5 ml sitrat kafein

29,5 ml vanilin

88,7 ml sitrik asit

14 kq şəkər

9,5 litr su

Dörddə bir limon

İllərdir tərkibində olan maddələr haqqında tez-tez müzakirə obyekti olan "Coca Cola”nı digər markalardan ayıran ən böyük fərqi onun sahib olduğu dadıdır. İçkiyə bu dadı verən bitki tərkibli maddələri sirr kimi saxlayan şirkət bəlkə də, dünyanın ən maraq doğuran sirrini öz "CEO”sundan belə gizlədir.
(səs: 3)
Şərhlər: 14
Baxılıb: 2 873
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri