Müğənnidən yaşlıları qəzəbləndirəcək açıqlama

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 403
Səs ver:
(səs: 5)
İfaçının fikrincə, hər yaşca böyük olan şəxs hörmətə layiq deyil
"Özünü böyük kimi aparmayan yaşlı insanlara hörmət etmirəm".

Keçən il ata nənəsi ilə canlı efirdə münaqişə yaşaması ilə tənqid hədəfi olanSəidə Sultan belə düşünür.
 Rövşanə Ağasəfqızının "Bazar səhəri" verilişinin qonağı olan müğənni müzakirələr zamanı fərqli fikirlər səsləndirib.

Xanım sənətçinin fikrincə, hər yaşca böyük olan şəxs hörmətə layiq deyil.

"Əgər böyük böyüklük etmirsə, mən ona böyük kimi baxmıram. Özünü böyük kimi aparmayan böyükə heç uşaq kimi də baxmıram. Böyük mənə nümunə olmalıdır", - deyə öz şəxsi fikrini bildirib.

İfaçı sənət adamı olmasına baxmayaraq ev işlərinin öhdəsindən gəlməyi bacardığını bildirdi: "Yemək bişirirəm, ev yığışdırıram. Anamın verdiyi tərbiyə belə olub. Evdə üç bacı olmuşuq, biz hər şeyi özümüz etmişik".

Səidə Sultan ərə gedəcəyi insanın kişi olmaqla bərabər insani keyfiyyətlərinin də olmasının vacibliyini vurğuladı: "Kişi dürüst olmalıdır, xanıma qiymət verməyi bacarmalıdır".
(səs: 5)
Şərhlər: 12
Baxılıb: 2 403
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri