Nazpərinin "əsirləri"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 596
Səs ver:
(səs: 1)
Xalq artisti Nazpəri Dostəliyeva ona pərəstişkarlıq edən müğənnilərin adlarını çəkib
Məlumatına görə, ötən gün ANS TV-də yayımlanan "A-dan Z-yə" verilişinin qonağı olan Nazpəri xanım onunla eyni səhnəni bölüşmək üçün göz yaşı tökən müğənnilərdən danışıb:

"Elə körpələr var ki, mənim səhnəmi paylaşmaq üçün göz yaşı axıdırdılar. Bu gün bir neçə verilişə çıxıblar, bunu etiraf etməyi özlərinə sığışdırmırlar. Amma elələri də var ki, elə tərbiyəli insanlardırlar ki, çəkinmədən deyirlər, məsəl üçün, Elnur, Natavan, Aygün Şükürova. Azəri Günel balaca vaxtlarında mənə "anam" deyirdi. Mənə çox xoşdur ki, Günel Türkiyədə mənim mahnımı ifa etdi və ondan sonra məşhurlaşdı. Özü heç vaxt danmayıb ki, mənə pərəstişkarlıq edir".

Xalq artisti bundan əlavə olaraq o ifa etdikdə ağlayan və halı pisləşən müğənnilərdən də danışıb: "Çox təəssüf ki, elə insanlar var ki, mən oxuyanda ağlamaq nədir, hətta halı pisləşib. O dərəcədə məni sevir, amma cılızlığından bunu etiraf etməyib".

N.Dostəliyeva ilə birlikdə verilişdə qonaq olan Könül Kərimova da etiraf edib ki, sənət yoldaşı və xalq artisti olan N.Dostəliyevaya pərəstişkarlıq edir: "Sənətə gəldiyim ilk günlərimdən Nazpəri xanımın pərəstişkarı olmuşam. Bunu onun özünə bir neçə dəfə demişəm, elə bir gün yoxdur ki, mən onun mahnılarına qulaq asmayım".
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 3 596
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri