Fərqli əkizlər - fotolar

Müəllif: rəmsə
Şərhlər: 18
Baxılıb: 5 475
Səs ver:
(səs: 41)
Körpələrini ilk dəfə görən ana heyrətlənib.
Lyüsi və Mariya Eylmer əkiz bacılardır,amma ilk baxışdan buna inanmaq olmur.
Lyüsi ağdərili və sarışın saçları olsa da,onun əkiz bacısının dərisi qaradır və qara buruq saçları var.
Qızlar Britaniyanın Qloster şəhərində anadan olublar.Onların atası Vins ağdərili ,anası Donna isə yamaykalıdır.
"Heç kim bizim əkiz bacı olduğumuza inanmır,çünki mən ağam,Mariya isə qara.Biz eyni geyindiyimiz halda belə bacıya oxşamırıq,əkizlərə isə heç oxşamırıq.Yeni dostlarımız isə bəzən sübut üçün onlara doğum haqqında şəhadətnaməni göstərməyimizi istəyirlər"-Lyüsi deyib.
Fərqli irqlərdən olan əkizlərin doğulma ehtimalı 500-də 1-dir,ona görə də bacıların ətrafdakıları təəccübləndirmələri normaldır.
Körpələrini ilk dəfə görən ana heyrətlənib.
"Bu onun üçün şok idi,çünki dərinin rəngi hamiləlik zamanı USM-də müəyyən edilmir.Beləliklə də o,bizim nə dərəcədə fərqli olacağımızı heç təsəvvür edə bilməzdi.Akuşer bizi ona verəndə  anamın dili tutulub"-Lyüsi deyir.
Bacılar fərqli kolleclərdə təhsil alırlar.Lyüsi incəsənət və dizayn,Mariya isə hüquq və psixologiyanı öyrənir.
İndiki həyatı barədə Lyüsi deyir:
"Biz hər ikimiz böyüyük.Əvvəlki kimi görünüşümüz olsa da aramızdakı qohumluq əlaqəsi daha da möhkəmlənib.Biz əkiz bacı olmağımızla fəxr edirik.Mariya kollecdə dostlarına ağdərili bacısı olduğunu danışmağı sevir.Mən də fəxr edirəm ki,mənim qaradərili bacım var".

 

 

 

 

 

 

 

 

 

 

(səs: 41)
Şərhlər: 18
Baxılıb: 5 475
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri